Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Taliban" Almaniya ilə əməkdaşlıq etmək istəyir

"Taliban" Almaniya Federativ Respublikası ilə diplomatik əlaqələr qurmaq istəyir.

"Report" xəbər verir ki, bunu hərəkatının nümayəndəsi Zabihullah Mücahid "Welt am Sonntag" qəzetində dərc olunan məqaləsində bildirib.

"Almaniya ilə rəsmi şəkildə diplomatik əlaqələr qurmaq istəyirik. "Taliban" digər ölkələrdən olduğu kimi, Almaniyadan da maddi dəstək və humanitar yardım almaq, həmçinin sağlamlıq, təhsil və kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək istərdi", - Mücahid vurğulayıb.

Qeyd edək ki, bu ilin avqustun 15-də Əfqanıstanda "Taliban" hakimiyyətə gəldikdən sonra Almaniya Kabildəki səfirliyini bağlayıb.

Rəsmi Berlin son həftələrdə Dohada "Taliban"la danışıqlar aparır. Danışıqların mövzusu təxliyə şərtlərinin tərəflər arasında razılaşdırılmasıdır.

Paylaş »
››› İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »