Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 6 sentyabr, 2021-ci il – Köhnə səhvləri düzəldə biləcəksiniz
Ulduz falı: 6 sentyabr, 2021-ci il – Köhnə səhvləri düzəldə biləcəksiniz

Bizimyol.infooxucularına 6 sentyabr, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

İşgüzar müstəvidə vacib məsələlər üçün əlverişli gündür, bir çox peşəkar məsələlər tez həll edilə bilər. Bəzi köhnə səhvləri düzəltmək və yeni vacib layihələrə diqqət yetirmək imkanınız olacaq. İşgüzar danışıqlar yaxşı baş tutacaq, etibarlı müttəfiqlər tapmaq imkanınız olacaq.

Qoç - Danışıqlar üçün yaxşı gün. Özünüzü əsl diplomat olaraq sübut edəcəksiniz, əvvəllər heç kimin yaxınlaşmağa cəsarət etmədiyi insanlara da bir yanaşma tapa biləcəksiniz. Bəzi işgüzar əlaqələr dostluq və ya sevgi çalarları qazana bilər, amma hamısı sizin nə dərəcədə təşəbbüskar olmağınızdan asılıdır. Kiçik, amma xoş hədiyyələr, gözlənilməz pul gəlirləri ehtimal olunur. Günortadan sonra bir çox ev işləri ortaya çıxacaq. Mümkündür ki, bu zaman bütün digər işləri təxirə salmalı və bəzi gündəlik problemləri həll etməyə diqqət yetirməli olacaqsınız.

Buğa - Gün yaxşı başlayacaq. Cəmi bir neçə saat ərzində bir neçə vacib məsələni həll edəcək, çoxdankı məqsədinizə çatmaq və rəqiblərinizi arxada qoymaq üçün bir yol tapacaqsınız. Karyera və ya biznes layihənizlə bağlı çox önəm verdiyiniz yaxşı xəbərlər ola bilər. Günortadan sonra çox sakit olacaq. Dostlarla və ailə üzvləri ilə ünsiyyət qurmaq üçün uyğundur. Mübahisə etdiyiniz insanlarla barışmaq, gərgin inkişaf edən münasibətləri yumşaltmaq fürsətiniz olacaq. Başqalarının davranış tərzinin səbəbləri aydınlaşacaq; bir çox köhnə şikayətlər keçmişdə qalacaq.

Əkizlər - Başqalarının problemlərini həll etməli, ədaləti bərpa etməli, inciklərə təsəlli verməli və ümumiyyətlə, dünyanı yaxşılığa doğru dəyişməlisiniz. Bu çox həyəcanlı anlardır, ancaq öz işlərinizi də yaddan çıxara bilməzsiniz - indi diqqət tələb edirlər. Köhnə səhvləri düzəltmək üçün bir az vaxt sərf etməli olacaqsınız. Günün sonunda yaxın gələcək üçün hədəflər barədə qərar verəcəksiniz və hara gedəcəyinizi başa düşəcəksiniz. Planlarınızı bölüşməyə tələsməyin. Onları yalnız ən yaxın insanlarla müzakirə edə bilərsiniz. Məsləhətlərin sizin üçün heç bir faydası yoxdur, öz sağlam düşüncənizin ardınca gedin.

Xərçəng – Pozitiv əhval-ruhiyyənin təsiri üstünlük təşkil edəcək. Günün səmərəli və maraqlı olacağı vəd olunur. Daha əvvəl yaxınlaşmağa cəsarət etmədiyiniz işlər də daxil olmaqla müxtəlif sahələrdə çox yaxşı davranış sərgiləyəcəksiniz. Köhnə tanışlar həvəslə kömək edəcəklər. Yeni tanışlarınız da çətinliklərinizdən xəbər tutsalar, kənarda dayanmayacaqlar və sizin üçün bacardıqlarını edəcəklər. Əvvəllər heç vaxt bir araya gəlmədiyiniz insanlarla dostluq edə biləcəksiniz. Bəlkə də bu, tezliklə sizin üçün yeni qapılar açacaq bir işgüzar əlaqəsi başlanğıcı olacaq. Fikirlərinizlə çoxlarını maraqlandıra bilərsiniz.

Şir - Çox gərgin və mübahisəli anlar olacaq, ancaq günün necə keçməsindən asılı olmayaraq, yekunda məmnun olacaqsınız. Bəli, bir çox sınaqlardan keçməlisiniz, ancaq dəyərli təcrübə qazanacaq və hər şeydə etibar edə biləcəyiniz insanlarla tanış olacaqsınız. Maraqlı bir sevgi münasibətləri başlaya bilər. Ən soyuqqanlı insanlar da belə münasibətlərin qoynunda başlarını tamamilə itirmək həddinə çata bilərlər. Başladığınız bütün işlər tez başa çatdırıla bilməz. Bu barədə oturub-durub gileylənmək lazım deyil. Çünki bir az sonra o işlərə yenidən qayıda bilərsiniz.

Qız - Ünsiyyət qurmaq baxımından düşərli gün alınacaq. Kimdəsə güclü təəssürat yaratmaq istəyirsinizsə, görüşmək üçün bundan daha yaxşı vaxt yoxdur. Xoş sürprizlər və hədiyyələrlə sevinəcəksiniz. Son zamanlar haqqında çox düşündüyünüz insanları görəcək və onlardan faydalı bir şey öyrənəcəksiniz. Axşamı evdə keçirməyə dəyər; bu yolla daha yaxşı dincələcək və daha tez enerji toplayacaqsınız. Sevdiklərinizlə ünsiyyət sizi sevindirəcək. Mübahisələrdən və fikir ayrılıqlarından qaçaraq çoxlu müzakirələr apara biləcəksiniz. Bəzi vacib suallara cavab almağınız istisna deyil.

Tərəzi - Ünsiyyət, vacib mövzularda söhbətlər üçün çox əlverişli gündür. Yaxınlarınızla əvvəllər fikir ayrılığına səbəb olan problemləri müzakirə edə bilərsiniz. İndi kompromisə gəlmək, hər kəsə uyğun bir həll variantı tapmaq mümkün olacaq. Son zamanlar gərgin olan münasibətlər nəzərəçarpacaq dərəcədə yaxşılığa doğru dəyişəcək. Müstəqil iş həmişəkindən daha çətin olacaq. Tanınmaq və hətta şöhrət qazanmaq istəyirsiniz, amma indi onları əldə etmək çətin olacaq. Günortadan sonra ümumiyyətlə, diqqəti cəlb etməmək daha faydalı olardı.

Əqrəb - Sizi tənqid etməyi, səhvləri və çatışmazlıqları göstərməyi sevənlərdən uzaq durun. Bu cür insanlar indi xüsusilə təhlükəlidir; onlarla ünsiyyət hər dəqiqə qanınızı qaraldacaq. Əgər fikir ayrılıqları və mübahisələr yaranarsa, onlara son qoymaq çox çətin olacaq. Qarşılıqlı iddialar fırlandıqca qar topası kimi böyüyəcək. Sizi ilhamlandıran tək şey tam fədakarlıq tələb edən işlərdir. Gün mürəkkəb fənləri öyrənmək, ilham dolu yaradıcılıq və sevdiyiniz idmanla məşğul olmaq üçün əlverişlidir. Axşamı sevdiklərinizlə keçirməyə dəyər; ünsiyyət xoş təsir bağışlayacaq.

Oxatan - İş üçün əlverişli gün, xüsusilə çətin və məsuliyyətli məsələlərdə yaxşı nəticələr gözlənilir. Diqqətli olmağa çalışın, əsas şeyə diqqət yetirmək lazım olduqda xırda şeylərə aludə olmayın. Köhnə tanışlar həvəslə kömək edəcək, onlara eyni cür cavab verəcəksiniz. Çox güman ki, nüfuzlu şəxslərin dəstəyini alacaq və onun sayəsində cəsarətli planlar həyata keçirəcəksiniz. Gündəlik problemlərin öhdəsindən tez gələcəksiniz. Düzdür, bəzən bunun üçün planlaşdırılmamış xərclər tələb oluna bilər. Məsələn, ola bilsin, bəzi avadanlıqları yenisi ilə əvəz etməli olacaqsınız.

Oğlaq - Ünsiyyət baxımından çətin gündür. Həssassınız, zərərsiz ifadələrə belə kəskin reaksiya verirsiniz. İşgüzar planda fikir ayrılıqları qaçılmaz olacaq. Çox vaxt anlaşılmazlıqlardan ayarnır. Sual verməkdən çəkinməyin, əlavə izahat istəyin. Günortadan sonra maliyyə məsələləri üçün əlverişlidir. Qazancınız ola bilər. Həm də gözlədiyinizdən daha çox olması ehtimal olunur. Bəlkə də hədiyyələr alacaqsınız.

Dolça - Bu gün qəbul etməli olduğunuz vacib qərarlar var. Asan olmayacaq: kifayət qədər məlumat və məsləhətləşəcək heç kim yoxdur, yalnız öz təcrübənizə və sağlam düşüncənizə güvənə bilərsiniz. Pul məsələsində tələsmək lazım deyil. Günün ikinci yarısı maliyyə problemlərinin həlli üçün birincidən daha münasibdir. Düşərli təsadüflər sayəsində həyatınızda dəyişiklik edə, yaşamınızı daha asan və daha rahat edə bilərsiniz. Axşam bütün lazımsız şeylərdən qurtulmağın ən yaxşı vaxtıdır. Bundan sonra özünüzü daha yaxşı hiss edəcəksiniz.

Balıq - Gün qeyri-adi, heyrətamiz təcrübələr gətirə bilər. Birmənalı olmayan vəziyyətlərdə özünüzü itirməyəcəksiniz, ildırım sürəti ilə doğru qərarlar verəcəksiniz, ətrafınızdakılardan daha çox şeyə nail olacaqsınız. Daha əvvəl qazandığınız təcrübə çox güman ki, faydalı olacaq. Onun sayəsində səhvləri əngəlləyə və hədəfə gedən yeganə düzgün yolu seçə bilərsiniz. Bu gün sevgi görüşləri yaxşı zamandır - xoş təəssürat yaratmaq istədiyiniz insanla görüş istədiyiniz kimi sonlanacaq. Səmimiyyət və dostyana davranış güvən və rəğbət yaratmağa kömək edəcək.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »