Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Əfqanıstanın "Taliban" tərəfindən ələ keçirilməsinin səbəbini açıqlayıb

ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisləri komandanı, general Mark Milli Əfqanıstanın "taliblər" tərəfindən ələ keçirilməsinin səbəbini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Generalın sözlərinə görə, buna səbəb vətəndaşların əvvəlki hökumətə inamsızlığı olub.

"Əsas problemlərdən biri, fikrimcə, korrupsiyadır. Hökumətin xalq qarşısında heç bir legitimliyi yox idi. Bunun nəticəsində nə baş verdiyini gördünüz. Ən yüksək hökumət elitası sözün həqiqi mənasında geri çəkildi", - Milli deyib.

Amerikalı generala görə, Əfqanıstan hökuməti və ordusu məmurların gözlədiyindən daha tez çökdü və bu, Əfqanıstan hökumətinin süqutu kimi hər kəs üçün sürpriz oldu.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »