Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pəncşirdə “Taliban”ın 600 silahlısı məhv edilib
Pəncşirdə “Taliban”ın 600 silahlısı məhv edilib

Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət qüvvələrinin nümayəndəsi Fahim Daşti bu gün “Taliban” hərəkatının 600 silahlısının zərərsizləşdirildiyini açıqlayıb.

Bu barədə o, özünün tvittrdəki hesabında yazıb.

“Səhər saatlarından Pəncşirin ayrı-ayrı rayonlarında 600-ə yaxın silahlı zərərsizləşdirilib. “Taliban”ın 1 000-dən çox döyüşçüsü ələ keçirilib və ya silahı yerə qoyub”, - Daşti tvitterdə yazıb.

Onun sözlərinə görə, “taliblər” ölkənin digər ərazilərindən təchizatla bağlı çətinliklərlə üzləşiblər.

Qeyd edək ki, “Taliban” hərəkatı ötən ayın əvvəllərində Əfqanıstanda hökumət qüvvələrinə qarşı hücumları genişləndirib. Bunun nəticəsi olaraq avqustun 15-də paytaxt Kabil hərəkatın silahlılarının əlinə keçib.(report)

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »