Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Qarabağla bağlı təxribatına Azərbaycandan reaksiya
Rusiyanın Qarabağla bağlı təxribatına Azərbaycandan reaksiya

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində (zakupki.gov.ru) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma “Dağlıq Qarabağ Respublikası” qeyd olunması məsələsinə münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, XİN-nin Mətbuat Xidməti İdarəsindən verilən məlumata görə, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırmışdır:

Leyla Abdullayeva Leyla Abdullayeva, XİN sözçüsü

"Bu kimi yanlış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib".

P.S. Xatırladaq ki, Rusiyanın Müdafiə Nazirliyi sülhməramlıların təminatı üçün tender elan edib və bu zaman ərazi olaraq Azərbaycan deyil, qondarma "Dağlıq Qarabağ Respublikası" göstərilib. Rusiya tərəfi dəfələrlə tərəfsizlik mövqeyini tapdalayaraq Azərbaycana qarşı belə təxribatlara yol verib. Əvvəllər də dəfələrlə Rusiyanın Müdafiə Nazirliyi rəsmi sənədlərdə "NKR" (qondarma "Dağlıq Qarabağ Respublikası"nın rus dilində inisialları) ifadəsində istifadə edib. Bundan başqa, Rusiyanın müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş qüvvələri dəfələlrə Azərbaycan tərəfinin razılığı olmadan "sülhməramlı" mandatını aşan hərəkətlərə yol verib və hazırda da belə təxribatçı fəaliyyətlərini davam etdirir. Bəzi müşahidəçilərin fikrincə, Rusiya tərəfi bu addımları oradakı əhalini saxlamaq üçün atır. Məsələ ondadır ki, hazırda həmin ərazilərdə yaşayan əhali gələcəyə bədbin baxır, Ermənistan, Rusiya və digər ölkələrə köç edirlər. Rəsmi Moskva belə təxribatlarla onlarda ümid yaratmağa və orada saxlamağa çalışır.

Rusiya sülhməramlı qüvvələrinin mandat müddəti 10 noyabr 2020-ci ilə bəyanatına əsasən, 5 illiyə müəyyən edilib. Bununla belə, Rusiya Azərbaycan ərazilərində daha çox qalmaq üçün zəmin hazırlamağa can atır və bu üzdən də orada yaşayan əhalinin Azərbaycana inteqrasiyasını əngəlləyən təxribatlara əl atır.

Bizimyol.info

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
Son xəbərlər
Bütün xəbərlər »