Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqan miqrantlar meşədən yığdıqları göbələkdən zəhərləniblər
Əfqan miqrantlar meşədən yığdıqları göbələkdən zəhərləniblər

Əfqanıstanda vətəndaşların kütləvi şəkildə ölkədən getməsi prosesi davam edir. Sosial şəbəkələrdə yayılan videolarda Pakistanla sərhəddə izdiham diqqət çəkir. Yoxsul əfqanlar Türkiyəyə qədər piyada getməyə də hazırdır. Ən əsas məqsəd Avropaya ayaq basmaqdır.

Bizimyol.info xəbər verir ki, əfqan miqrantlar Polşada meşədə yığdığı göbələkdən zəhərlənib. Avropa ölkəsinin prokurorluğu və polisi hadisəni araşdırır. İlkin məlumata görə, Kabildən gəlmiş 6 nəfərlik ailə yığdığı göbələkdən sup hazırlayıb. Yeməkdən sonra onların hamısının vəziyyəti pisləşib. Ailənini 5 yaşlı uşağı həyatını itirib. 6 yaşlı başqa bir uşaq isə ağır vəziyyətdədir. Polşalı həkimlər qaraciyər nəqli əməliyyatını keçirməli olub. Buna baxmayaraq, uşağın yaşayacağı dəqiq deyil. 17 yaşlı qız ölümdən dönüb. Həkimlər daha onun həyatına təhlükə olmadığını deyiblər.

Uşaq sağlamlığı mərkəzinin həkimi Yaroslav Kierkus həyatını itirən uşaqda beyin ölümü qeydə alındığını deyib: “6 yaşlı oğlanda isə mərkəzi sinir sistemi sıradan çıxıb. Təəssüf ki, həyatda qalmaq şansı yüksək deyil”.

Polşa ailənin evakuasiyasını keçən həftə Böyük Britaniyanın xahişi ilə həyata keçirmişdi. Uşaqların atası ingilislərlə əməkdaşlıq edirmiş.

Prokurorluq miqrantlarla iş üzrə mərkəzin əməkdaşlarının ifadələrini alır. Onlara başqalarının həyat və sağlamlığı üçün xəsarət yetirmə maddəsi ilə cinayət işi açıla bilər. Polşada belə cinayətlərə görə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Əcnəbilərlə iş üzrə dövlət orqanının məlumatına görə, keçən həftə daha 4 əfqan Varşavada zəhərlənib. Onları təcili xəstəxanaya çatdırıblar. Həmin şəxslərin də göbələkdən zəhərləndiyi bildirilir.

Əfqanıstanda miqrant böhranı “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra dərinləşib. Avqustun 15-dən hər gün minlərlə əfqan vətəni tərk edir. Onlar əvvəlcə Pakistana keçməyə çalışır, bundan sonra Avropaya tərəf üz tuturlar. Qərb mənbələrinin məlumatına görə, ölkəni 1 milyona qədər vətəndaş tərk etməyi arzulayır.

Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »