Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində əzilib-büzülən kişilərin efirə çıxmasına qadağa qoyulub
Çində əzilib-büzülən kişilərin efirə çıxmasına qadağa qoyulub

Çin hökuməti qadınlara xas davranan kişilərə qarşı müharibə açıb. Belə obrazı olanların telekanallara çıxmasına qadağa qoyulub. Hökumət əzilib-büzülən kişilərə milli mənəvi keyfiyyətlərin gücləndirilməsi üçün çalışmağı tövsiyə edib. Onlarla mübarizə mədəni siyasətin bir parçası elan olunub.

Bizimyol.info xəbər verir ki, Çin hakimiyyəti inqilabi mədəniyyətin təbliğ olunmasının tərəfdarıdır. Buna görə də qadına bənzəyən kişilərin telekanallara yolu bağlanıb. Prezident Si Tszinpin Kommunist Partiyasının biznes, təhsil, mədəniyyət və dinə nəzarətinin vacib olduğunu deyib. Onun fikrincə, ölkədə qəbul olunan çərçivələrinaşmaq cəhdləri müşahidə edilir.

Partiya uşaqların onlayn oyunlarına çıxışına da senzura tətbiq edir. Hökumət hesab edir ki, məşhurlara sağlam olmayan diqqət var. Yəni internet dünyasında məşhurlaşanlar gəncləri istənilən istiqamətə yönəldə bilir. Bu isə təhlükəli tendensiya sayılır.

Milli radio və televiziya şirkəti zərif, anormal estetikalı kişilərin sonu çatmalı olduğunu bəyan edib. Şirkət Çində təhqiramiz ifadə sayılan “nyanq pao” terminini istifadə edib. İfadəni daha çox “arvad” kimi tərcümə etmək olar.

Çin hakimiyyəti yerli pop ulduzların Cənubi Koreya və Yaponiya müğənnilərinin təsirinə düşdüyünü hesab edir. Kommunist Partiyası kişilik elementlərinin azalmasından narahatlığını bildirir.

İndi telekanallar vulqar, bayağı internet məşhurlarına yer verməməlidir. Bunun əvəzinə Çinin inqilabi, sosialist mədəniyyəti təbliğ olunmalıdır. Kommunist Partiyası prosesə xüsusi nəzarət edəcək.

Telekanallara tapşırılıb ki, ictimai tarazlığı qorumayan, milli mənəvi keyfiyyətləri saymayan insanlar efirə buraxılmasın. Bundan başqa, məşhurlaşmış uşaqlar haqqında da verilişlər hazırlanmayacaq.

Hökumətin qəzəbinə hamıdan əvvəl aktrisa Çjao Vey tuş gəlib. O, qadın olsa da, daha efirə buraxılmır, adı bütün titrlərdən, verilişlərdən silinir. Başqa bir aktrisa Çjen Şuan isə fantastik məbləğdə (229 milyon yuan – təxminən 46 milyon dollar) cərimə olunub. Sənət adamı vergidən yayınmaqda ittiham edilir. Partiya onun nümunəvi davranış göstərmədiyini bildirir.

Bizimyol.info

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
Son xəbərlər
Bütün xəbərlər »