Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazir terrorçunun adını çəkməkdən imtina edib: "O buna laiq deyil"
Baş nazir terrorçunun adını çəkməkdən imtina edib: "O buna laiq deyil"

Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern, Oklenddəki marketə silalhlı hücum edənin adını çəkməkdən imtina edib və terrorçunun buna layiq olmadığını söyləyib.

Bizimyo.info xəbər verir ki, hökumət başçısı bu sözləri şənbə günü "Wellington"da jurnalistlər üçün keçirilən onlayn brifinq zamanı deyib.

"Nə diri, nə də ölü heç bir terrorçunun adının çəkilməsi doğdu deyil. Bu, utancverici hərəkətləri törədənlərə bir cəzadır növüdür, nə olursa olsun, təcavüzkarın adını tələffüz etməyəcəyəm", - deyə Ardern qeyd edib.

Ardern 2019 -cu ilin mart ayında "Christchurch"dəki məscidlərə hücum edən Avstraliyalı Brenton Tarrantın adını çəkməkdən də imtina etmişdi.

Qeyd edək ki, sentyabrın 3 -də, yerli vaxtla saat 15:20 Auklandın cənub -qərbində yerləşən bir supermarketin müştərilərinə silahlı hücum olub. Hadisə yerinə gələn hüquq -mühafizə orqanlarının əməkdaşları təcavüzkara atəş açaraq zərərsizləşdiriblər.

Silahlı hücumun qurbanı olan 7 nəfər xəstəxanaya çatdırılıb, onlardan üçünün vəziyyəti ağırdır.

Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern hücumun terror aktı olduğunu bildirib.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »