Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsi 100 min sürücü axtarır
Avropa ölkəsi 100 min sürücü axtarır

Böyük Britaniya nəqliyyat böhranı ilə üz-üzə qalıb. Bu isə həm də ticarət böhranı yaradıb. Həftələrdir bir çox mağazalar rəflərini doldura bilmir.

Bizimyol.info xəbər verir ki, Böyük Britaniya 100 min sürücü axtarır. Çünki ölkə yük maşını sürücüsü qıtlığı yaşayır. Mağazalardan birinin icraçı direktoru olan Mett Harqrivz də məhz bu problemi qabardır.

“Bundan başqa, bürokratiya da var. Qanunları mövcud vəziyyətə mümkün qədər tez uyğunlaşdırmaq lazımdır. Bununla bağlı hər şey qaydasına salınmalıdır. Bütün problemlər ona gətirib çıxarır ki, rəflər tamamilə boş qalıb”.

Böyük Britaniya yük maşını sürücüsü qıtlığını çoxdan yaşayır. “Breksit” bu istiqamətdə ciddi boşluq yaradıb. Bir çox sürücülər Avropa ölkəsində yaşayış hüququnu itirib. Məhz Avropadan olmayanlar vətəninə qayıtmalı olub. Bu isə böhranı yalnız dərinləşdirib.

Avropa Siyasi İqtisadiyyat Mərkəzindən Devid Heniq deyir ki, müasir təchizat zəncirinin çox mürəkkəb quruluşu var: “Söhbət böyük sayda hərəkət edən hissələrdən gedir. Bu sistemdə nəsə lazımınca işləmirsə, belə vəziyyət yaranır. Mən hələ bir neçə yerdə yaranan problemlərdən danışmıram. Buna görə mal çatışmazlığı yaşanması gözləniləndir. Belə görünür ki, böhran hələ uzun sürəcək. Bir tərəfdən pandemiya, o biri tərəfdən “Breksit”.

Böyük Britaniyanı təkcə Avropadan olmayan sürücülər tərk etməyib. Məsələn, 20 min avropalı sürücünün bu ölkədən getməsi məlumdur. Qaydaların və tələblərin dəyişməsi yeni işçilər cəlb etməyə mane olur. Əslində, bütün Avropa eyni sıxıntını yaşayır.

Loqistika mərkəzinin rəhbəri Qeri Nayt diqqəti həm də qiymətlərin yüksəlməsinə yönəldir. Malların vaxtında çatdırılmaması belə mənzərəni qaçılmaz edib. Böyük Britaniya 100 min sürücü boşluğunu doldurmalıdır. Böyük ehtimalla maaşlar da artırılacaq. Amma bu, eyni zamanda qiymətlərin yüksəlməsinə gətirib çıxaracaq.

Loqistlər Böyük Britaniya hökumətindən əcnəbilər üçün iş qaydalarını sadələşdirməyi tələb edir. Bundan başqa, gənc britaniyalıların sürücülük vəsiqəsi əldə etməsi prosesini sürətləndirmək böhranın mümkün qədər tez aradan qaldırılmasına xidmət göstərə bilər.

Bizimyol.info

Paylaş »
››› İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
Son xəbərlər
Bütün xəbərlər »