Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko futbolçuların maaşlarını azaldır
Lukaşenko futbolçuların maaşlarını azaldır

Belarus prezidenti Aleksandr Lukaşenko ölkə idmanının vəziyyətindın narazıdır. O, idmançıların nəticələrinin qənaətbəxş olmadığını bildirir. Lukaşenko xüsusilə futbolçuların və hokkeyçilərin gözləntiləri doğrultmadığını düşünür.

Bizimyol.info xəbər verir ki, Belarusun İdman və Turizm naziri Sergey Kovalçuk ölkə çempionatında çıxış edən futbolçuların məvaciblərinin azaldılma ehtimalından danışıb. Nazir prezidentin sualına cavab verərkən oyunçuların ayda 4-5 min dollar maaş aldığını bildirmişdi. Onda Kovalçuk 8 min Belarus rublunun (3200 dollar) ən yüksək hədd elan olunacağını dilə gətirmişdi. İndi Kovalçukun sözlərindən planın həyata keçiriləcəyi aydınlaşır.

Belarus klubları avrokuboklarda çox uğursuz çıxış edib. BATE, “Şaxtyor”, “Torpedo-BelAZ” və Brest “Dinamo”su beynəlxq turnirlərdə mübarizəni dayandırıb. Bu isə Lukaşenkonu qəzəbləndirib. O, Kovalçukdan və mineral gübrə istehsalı ilə məşğul olan “Belaruskali”nin rəhbəri İvan Qolovatıdan futbolla hokkeyə az pul ayırmağı tələb edib. Lukaşenko Belarusun bu idman növlərində onsuz da parlamadığını söyləyib.

Belarusun dövlət başçısı ölkə idmançılarının Tokio Olimpiadasındakı çıxışından da çox narazı qalmışdı. O, belə uğursuzluğun növbəti Yay Olimpiya Oyunlarında təkrarlanmasını istəmədiyini demişdi. Halbuki Lukaşenko hələ yarışın ilk günlərində idman funksionerlərini hədələmişdi. Buna baxmayaraq, nəcticələri yaxşılaşdırmaq mümkün olmamışdı. Belarus idmançıları Yaponiyadan 7 medalla qayıtmışdı.

Lukaşenko hesab edir ki, ölkə idmanında özbaşınalıqdır. Onun fikrincə, idmançılar intizam qaydalarını ciddi şəkildə pozur, əks halda belə aşağı nəticələr qeydə alınmazdı. Lukaşenkonun idmançıların maaşlarını aşağı salmaq istəyi də bu qəzəbdən doğur. Dövlət başçısı Belarus futbolçularına görə konkret xəcalət çəkdiyini demişdi.

Lukaşenkonu həm də o qəzəbləndirir ki, bəzi idmançıların həyat yoldaşları hakimiyyətə qarşı çıxır. Dövlət başçısı onları ictimai işlərə cəlb etmək lazım gəldiyini, “Belaruskali”də əllərinə süpürgə verilməli olduğunu bildirmişdi.

Belarus idmançısı Kristina Timanovskayanın Yaponiyadan ölkəyə qayıtmaq istəməməsi Lukaşenkonu çox sarsıdıb. Atlet idman finksionerlərinə qarşı çıxandan sonra düşərgədə qalmaqal yaranmışdı. Bundan sonra Timanovskayanı məcbur şəkildə ölkəyə göndərmək istəmişdilər. Amma idmançı Tokio hava limanında polislərdən kömək istəməyə imkan tapmışdı. Qalmaqal Timanovskayanın Avropada siyasi sığınacaq almasıyla nəticələnmişdi.

Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »