Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FHN: "İsmayıllıda baş verən yanğının meşəlik əraziyə keçməsi ilə bağlı məlumat əsassızdır"
FHN: "İsmayıllıda baş verən yanğının meşəlik əraziyə keçməsi ilə bağlı məlumat əsassızdır"

“İsmayıllı rayonu, Keyvəndi kəndi yaxınlığında baş verən yanğının meşəlik əraziyə keçməsi ilə bağlı yayılan məlumat əsassızdır”.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonu, Keyvəndi kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, dağlıq ərazidə 5 ha sahədə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.

***

18:11

Bu gün axşam saatlarında İsmayıllı rayon Keyvəndi bələdiyyəsinə məxsus örüş sahəsində baş verən yanğın sonradan meşəyə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov Apa-ya bildirib ki, hazırda nazirliyin bütün qüvvələri və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsinə çalışırlar.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »