Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqından “Taliban”la bağlı qərar
Avropa İttifaqından “Taliban”la bağlı qərar

“Taliban”ı tanımayacağıq, ancaq müəyyən meyarlar daxilində əlaqələr quracağıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell xarici işlər nazirlərinin qeyri-rəsmi iclasında deyib.

O bildirib ki, nazirlər əfqan xalqını dəstəkləməkdə həmfikirdirlər:

“Əfqan xalqını dəstəkləmək üçün Əfqanıstandakı hökumətlə razılığa gəlmək lazımdır. Bu, tanıma mənasına gəlməyən, əməliyyat xarakterli bir əlaqədir. Hökumətin davranışına uyğun olaraq inkişaf edəcək”.

Borrell əlavə edib ki, “Taliban”ın digər ölkələrə terror ixrac etməməsi, insan hüquqlarına, hüququn aliliyinə və mətbuat azadlığına hörmət etməsi, humanitar yardımın çatdırılmasını asanlaşdırması, ölkəni tərk etmək istəyən əcnəbilərin, eləcə də, risk altındakı əfqanların getməsinə icazə verməsi, Əfqanıstandakı siyasi qüvvələr arasında müxakirələr yolu ilə bir keçid hökumətinin qurulması Aİ-nin əsas şərtləridir:

“Taliban”ın davranışlarını beş meyara görə dəyərləndirəcəyik. Bəziləri “Taliban” bunları yerinə yetirməyəcək” deyəcək. Görək. Bizim əlaqə qurmağımız bu şərtlərin yerinə yetirilməsindən asılı olacaq”.

Paylaş »
››› TƏBİB-in "gizli" dərman paketi
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Qadınlar geyimlərinə əvvəlki qədər diqqət yetirmirlər, sanki insanların ruhu ölüb"
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› “Ermənistanın KTMT-yə sədrliyi bu təşkilatı Azərbaycana qarşı çevirməyə kömək etməyəcək”
Son xəbərlər
Bütün xəbərlər »