Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
«Rusiyanın dövlət qurumları öz prezidentlərinin imzasına hörmət etməlidir»
«Rusiyanın dövlət qurumları öz prezidentlərinin imzasına hörmət etməlidir»

Rusiyanın satınalma sahəsi üzrə vahid informasiya sisteminin rəsmi saytında​ Azərbaycana qarşı təxribata yol verilib.

APA-nın xəbərinə görə, saytda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tender elan edilib.

Tender elanında Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisi “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edilib.

Bu məsələni şərh edən Milli Məclisin üzvü, professor Rüfət Quliyev Bizimyol.info saytına bildirib ki, bu fakt heç də «təsadüfi xəta» deyil və Rusiyanın dövlət qurumlarında kök salan erməni lobbisi növbəti dəfə məqsədli təxribat törədib.

Rüfət Quliyev Rüfət Quliyev

«Əlbəttə, bu, bir təsadüf sayıla bilməz. Belə şeylər təsadüfi olmur. Qondarma rejimin adının o elanda «respublika» kimi getməsi, həm beynəlxalq hüquqa olan ziddir, həm də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən,​ üçtərəfli bəyanata imza atan Vladimir Putinin imzasına hörmətsizlikdir.​ Rusiyanın dövlət qurumları öz prezidentlərinin imzasına hörmət etməlidir, belə səhvlərə yol verməməlidir».

Deputat qeyd edib ki, Rusiyadakı erməni diasportu vaxtaşırı olaraq araya gərginlik salmaq, Bakı-Moskva münasibətlərini korlamaq üçün bu cür məqsədli​ təxribatlar törədirlər.

«Rusiya mətbuatında əsas söz sahibləri ermənilərdir, simonyanlar, keosyanlar daim Rusiyada Azərbaycana qarşı ictimai rəy yaratmağa, dezinformasiyalar yaymağa çalışırlar. Rusiyanın dövlət qurumlarında da yetərincə erməni mənşəli və ya ermənipərəst əhval-ruhiyəli insanlar kök salıblar. Bir neçə il əvvəl bir rusiyalı deputatın dəvəti ilə Rusiya Xarici İşlər Nazirliyində olmuşdum, orda nə qədər şöbə müdirləri, nazirlikdə yüksək vəzifə tutan ermənilərlə qarşılaşdım. Əlbəttə ki, Rusiya Müdafiə Nazirliyində də erməni diasporunun təsirində olan şəxslərin çalışdığı, onların​ Azərbaycana qarşı «revanşist» siyasətə xidmət etdiyi şübhə doğurmur».

R.Quliyev hesab edir ki, rəsmi Bakı məsələyə öz etirazını sərt şəkildə bildirməlidir: «Əlbəttə, yəqin ki, nota veriləcək. Lakin nota heç də həmişə məsələnin həllinə kömək etmir. Düşünürəm ki, Azərbaycan tərəfi bu və digər vasitələrlə, bütün mümkün rıçaqları işə salaraq Kremlə öz mövqeyini bildirməli, bu cür təxribatların qarşısını almağa çalışmalıdır».

Deputat parlament səviyyəsində son zamanlar yaşanan bu və digər təxribatlarla bağlı sənədin qəbul olunmasını istisna etməyib: «Hazırda Milli Məclis məzuniyyətdədir, oktyabrın 1-dək hər hansı iclas nəzərdə tutulmur. İnanıram ki, ilk iclasdaca istər Azərbaycan-Ermənistan sərhədlərində, istər Şuşa ətrafında, istərsə də digər şəkildə Azərbaycana qarşı törədilən təxribatlar və revanşist kampaniyalarla bağlı kollektiv mövqe ortaya qoyulacaq. Lakin onu deyim ki, hər gün deputatlarımız bu mövzularda danışır, mətbuata açıqlamalar verirlər. Eləcə də, xanım spiker Sahibə Qafarova keçirdiyi bütün beynəlxalq səviyyəli görüşlərdə, tədbirlərdə Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətlərdən, provokasiyalardan söz açır».

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »