Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rövşən Əkbərovun oğlu ölkəni tərk edib
Rövşən Əkbərovun oğlu ölkəni tərk edib

Həbsdə olan sabiq ordu korpusu komandiri, general-leytenant Rövşən Əkbərovun oğlu Telman Əkbərov ölkəni tərk edib.

Bzimyol.info xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov sosial şəbəkə hesabında məlumat verib.

"Polis şöbəsi ilə əlaqə saxladım. Rövşən Əkbərovun oğlunun mənə hücum etməsi və xəsarət yetirməyə cəhd etməsi üzrə şikayətimin araşdırılması durumu ilə maraqlandım. Məlum oldu ki, Rövşən Əkbərovun 1990-cı il təvəllüdlü oğlu Telman 02 sentyabr 2021-ci il tarixdə ölkəni Türkiyə Respublikası istiqamətində tərk etdiyindən onun dindirilməsi hələ mümkün olmamışdır", - deyə vəkil qeyd edib.

Xatırladaq ki, vəkil Elçin Sadıqov R.Əkbərovun oğlunun məhkəmə binasında ona hücum çəkdiyini, döymək istədiyini bildirmişdi və ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına müraciət edərək onun barəsində tədbir görülməsini xahiş etmişdi.

Paylaş »
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
Son xəbərlər
Bütün xəbərlər »