Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ördək dodaqların arxasında dayanan tarixçə
Ördək dodaqların arxasında dayanan tarixçə

Dədə Qorqud dastanında gözəl qadının tərifi necəydi?

Evdən çıxıb yüyürəndə sərvi boylum,

Badam yesə boylu görünən incəbellim,

Topuğunda sarmaşanda qarasaçlım,

Qoşa badam sığmayan dar ağızlım,

Qar üstünə qan dammış tək alyanaqlım.

Türk qızı sərv boyluydu, o qədər zərif idi ki, badam yesə qarnı şişər, hamilə kimi görünərdi, ağzı o qədər kiçik idi ki, qoşa badam dodaqları arasından keçməzdi. İllər keçdi, Gözəllik anlayışları da dəyişdi, qoşa badam sığış.mayan dar ağızları ördək dodaqlar əvəz elədi.

Almaniya Plastik Cərrahlar Cəmiyyətinin məlumatına görə, ötən il qadınlar ən çox qırışların azaldılması, döş və dodaq böyütmə əməliyyatına görə müraciət ediblər.

Əlbəttə gənc və gözəl görünmək hər kəsin arzusudur. İnsan yaşının üstünə yaş gəldikcə daha təcrübəli, daha dolğun , daha ağıllı olsa da daha da gözəlləşə bilmir, illər verdiyi təravəti geri alır. Bu mənada plastik əməliyyatlar, gözəllik prosedurları insanı arzularına qovuşdurandır. Hərçənd VIP sayıldığı üçün çox da bahadır.

Bu gün dermatoloqlar hialuron turşusundan istifadə edərək müxtəlif üsullar icad edirlər. lakin təəssüf ki, nəticələr qalıcı deyil, ən çox altı aya qədər davam edir. Bundan sonra orqanizmə yeridilən maddə bədəndə parçalanır.

Gözəllik sənayesində ən yeni trend olan dodaq böyütmə, dodaq çevirmə, dodaq dolğusu, botoksu texnikasının təsiri də qısa müddətlidir. Bu prosedurda, dodağın üstündəki əzələlərə botulinum toksini və ya qısaca Botox enjektə edilir. Üzün bir sahəsinin hədəflənmiş iflici ilə qırışlar hamarlanır, qaş qaldırılır, dodaqlar formaya salınır.

Hətta minimum miqdarda Botox da mimikaları kəskin şəkildə dəyişə bilər. Qadınların çoxusu dəbə, axına qoşulub böyük dodaqlara sahib olmaq üçün vəsait sərf edirlər, lakin bəlkə də çoxları bilmir ki, böyük və qırmızı dodaqlar əslində diqqət çəkmək istəyən yüngül həyat tərzinə malik qadınların seçimi idi. Ədəbli qadınlar belə görünməkdən çəkinir, bunu vulqarlıq adlandırırdılar. Elə bu gün dəbə düşmüş yırtıq tor corablar, yırtıq cinslər, iri sinə və arxa kimi dəbləri də indi seksual görüntü adlandırsaq da sözün özündən bəllidir ki, bu axın mənbəyini hardan alıb.

XX əsrin sonlarında, cazda rəqs edən, inqilabi qısa saçları və dodaqları yuvarlaq görünmək üçün boyanmış flapperlərin ortaya çıxması ilə yeni gözəllik əsri başaldı, Kupidonun yayı deyilən (Cupid's bow) girdə və yumru dodaqlar moda oldu. Bəs kişiləri bu ördək dodaqlar cəlb edirmi, edirsə niyə?

Psixoloji baxımdan dodaqlar vacibdir - bunlar sevgi, cinsəllik, yaxınlıq və hər cür ünsiyyətin ifadəsi sayılır. Antropoloqlar xüsusilə ifadəli dodaqların əhəmiyyətinin artmasını onlayn tanışlığın artması ilə əlaqələndirirlər. İnsanlar tanışlıq tətbiqləri haqqında qərar verməyə az vaxt ayırırlar. Elmi araşdırmalar göstərir ki, dodaqları dolğun olan qadınlar rəqiblərindən üstündür. Çünki beyin altşüur olaraq iri dodaqlı qadınları ehtiraslı vəmüvafiq olaraq nəsil artırma qabiliyyəti yüksək olan biri kimi qəbul edir. Kişi əslində gözəllik ovuna çıxır, amma beyin nəsil artırmaq təlaşında olur. Odur ki, hər nə qədər arıqlamaq eşqinə düşən qadınlar olsa da kişilərin beyni instinktiv olaraq kök və güclü qadınları seçir.

Mançester Universitetindən edilən bir araşdırmanın nəticələri göstərib ki, dolğun və qırmızı dodaqlar kişilərin gözlərini ovsunlayır. Ancelina Joli və Skarlett Johansson məhz dolğun dodaqlarına görə bütün respondentlər tərəfindən ən gözəl qadınlar seçiliblər.

Təkamül biologiyasına görə, dolğun dodaqlar arzusu cinsi fəaliyyət və gəncliklə əlaqəli olduğu üçün təbii çoxalma instinktindən də qaynaqlanır. Yaşlı adamların dodaqları kiçilir, solur, gənclərdə isə dolğun və yağlı qalır.

Təkamül biologiyası eyni zamanda insanı ilk və ən vəhşi instinktinə də geri çağırır. Cinsəlliyə. Biz əslində anlamırıq, inkişaf etdikcə geriyə gedirik, yoxsa irəliyə. Gözəllik axınının arxasınca düşüb abrını həyasını itirənlər də var, əzizlərinin abır həyasını qorumaq üçün əlini qana bulayıb cinayət edənlər də.Əslində hər kəsin can atdığı bu 3 nemət, gözəllik, pul və şöhrət eyni zamanda sahibi üçün həm də illər boyu davam edən, heysiyyəti qoruyub saxlamaq üçün çətin bir sınaqdır.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
Son xəbərlər
Bütün xəbərlər »