Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üç məktəbdə 91 min manatlıq mənimsəmə olub
Üç məktəbdə 91 min manatlıq mənimsəmə olub

Peşə Liseyi və məktəblərində mənimsəmə ilə bağlı cinayət işi başlanılıb.

Bizimyol.info xəbər verir ki, Gəncədə şəhər prokurorluğundan verilən məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən yoxlama aparılıb.

Həmin Agentliyin tabeçiliyində olan 1 və 2 nömrəli Gəncə Peşə məktəblərində və 3 nömrəli Gəncə Peşə Liseyində bir sıra qanun pozuntularının müəyyən edilməsi barədə Baş Prokurorluğa ünvanladığı müraciət aidiyyəti üzrə araşdırılması üçün Gəncə Şəhər Prokurorluğuna göndərilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, təhsil müəssisələrinin vəzifəli şəxsləri tərəfindən qulluq mövqelərindən istifadə edilməklə 1 nömrəli Gəncə Peşə Məktəbində ümumilikdə 34 min manat, 2 nömrəli Gəncə Peşə Məktəbində ümumilikdə 25 min manat, 3 nömrəli Gəncə Peşə Liseyində isə ümumilikdə 32 min manat məbləğində ziyan vurulmaqla qeyd edilən vəsait talanıb.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »