Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
«Cəmil Babayev bu günlərdə Azərbaycan tərəfinə təhvil verilə bilər»
«Cəmil Babayev bu günlərdə Azərbaycan tərəfinə təhvil verilə bilər»

Rusiyanın Qarabağdakı «kontingentinin komandanı general-leytenant Rüstəm Muradov Ağdərədə tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayev ilə görüşüb.

Bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Məlumata əsasən, görüş zamanı Rüstəm Muradov Cəmil Babayevin hazırkı vəziyyəti ilə maraqlanıb. Bildirilir ki, Cəmil Babayevin xahişi ilə ona yaxınları və ailə üzvləri ilə əlaqə saxlamaq imkanı yaradılacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə separatçılar tərəfindən saxlanılıb. Ermənistan mətbuatı Azərbaycan əsgərinin tutulma anının videosunu yayıb.

Düşmən tərəfi bildirib ki, hərbçimiz avqustun 25-də Ağdərə şəhərindəki mənzillərdən birində aşkarlanıb. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki separatçılar azərbaycanlı hərbçiyə “cinayət işi” açıblar.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

Fazil Mustafa Fazil Mustafa

Məsələ ilə bağlı Bizimyol.info saytına danışan Milli Məclisin deputatı, «Böyük Quruluş» Partiyasının sədri Fazil Mustafa bildirib ki, general Rüstəm Muradovun Cəmil Babayevlə görüşməsi və onun vəziyyəti ilə maraqlanması «müsbət irəliləyiş» kimi dəyərləndirilə bilər.

Onun sözlərinə görə, bu, ondan xəbər verir ki, Cəmil Babayevin Azərbaycan tərəfinə təhvil verilməsi ilə bağlı danışıqlar gedir: «Görünür ki, Azərbaycan tərəfinin tələbi eşidilib və bu günlərdə Cəmil Babayevin Azərbaycan tərəfinə təhvil verilməsinin şahidi ola biləcəyik».

Deputat «əsirlərin mübadiləsi» formatını da istisna etməyib: «Lakin düşünürəm ki, Azərbaycan tərəfi Cəmil Babayevin qeyd-şərtsiz təhvil verilməsi tələbini qoymalıdır. Cəmil Babayev öz ölkəsinin ərazisində əsir götürülüb.​ Məndə olan məlumata görə, son günlər bu istiqamətdə ciddi işlər gedir​ və Azərbaycan tərəfindən aydın tələblər irəli sürülüb».

Milli Məclisin deputatı Şuşa ətrafında qanunsuz silahlı dəstələrinin vaxtaşırı təxribat törətməsi faktına da toxunub: «Türkiyə hərbçilərinin də daxil olduğu Birgə Monitorinq Mərkəzi vəziyyəti izləyir və separatçıların hərəkətlərindən xəbərdardır. Onlar əsasən gecələr atəş açırlar ki, «biz hələ varıq, biz məğlubiyyətlə barışmırıq». Lakin düşünürəm ki, yaxın günlərdə bu məsələ də həllini tapacaq və həmin dəstələr o ərazilərdən təmizlənəcək».

Rüfət Əhmədzadə, Bizimol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »