Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yaxın məsafədən döyüş təlimlərinin real tətbiqinin şahidi olacağıq”
“Yaxın məsafədən döyüş təlimlərinin real tətbiqinin şahidi olacağıq”

SAT proqramı əsasənda Azərbaycan və Türkiyə yaxın məsafədən döyüş təlimlərinə başlayıb.

Siyasi şərhçi Əziz Əlibəyli Bizimyol.info-ya döyüş təlimləri ilə bağlı fikirlərini bölüşən zaman bildirib ki, regionumuz həssas bir tarixdən keçir və bu baxımdan Azərbaycan ordusunun hazırlığı, bu sahədə peşakar olan Türkiyə ordusu vasitəsi ilə bu hazırlığa sahib olması əhəmiyyət kəsb edir

Əziz Əlibəyli Əziz Əlibəyli

“Türkiyə və Azərbaycan arasında hərbi əlaqələr günü-gündən möhkəmlənir. Hərbi əlaqələrin möhkəmlənməsinin bir sıra ciddi, hüquqi nomativ bazaları var. Bunlar 2010-cu ildə iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıqla bağlı müqavilə və nəhayət bu il Şuşa şəhərində imzalanmış, “Şuşa Bəyannaməsi”dir.

Müxtəlif formalarda, o cümlədən hərbi məmulatların istehsalında, ordunun təsis olunmasında, ordunun keyfiyyətinin, hazırlığının yüksəldilməsində Türkiyə ilə geniş şəkildə fəaliyyətlər həyata keçirilir. Onun bariz nümunəsi kimi son günlər SAT proqramı əsasında həyata keçirilən təlimləri göstəmək olar. Burada xüsusilə hər iki ölkənin ordusu yaxın məsafədən döyüş təlimlərini məşq edirlər.

Hesab edirəm ki, bütövlükdə regionumuz həssas bir tarixdən keçir. Əlbətdə ki, heç bir ölkə baş verən proseslərdən sığorta olunmayıb. Bu baxımdan Azərbaycan ordusunun hazırlığı, bu sahədə peşakar olan Türkiyə ordusu vasitəsi ilə bu hazırlığa sahib olması əhəmiyyət kəsb edir”.

Siyasi şərhçi onu da vurğulayıb ki, SAT proqramı əsasında həyata keçirilən təlimlər xüsusi bir mərhələ təşkil edir və yəqin ki, biz bunun hansısa formada real tətbiqinin şahidi olacağıq.

“Burada bir neçə cavib məna var. Birincisi, bölgəmizdə Azərbaycan NATO-nun kiçik bir modelini inşa etməkdədir. Burada Türkiyə də mühüm rol oynayır. İkincisi isə Türkiyə və Azərbaycan ordusu qalib ordulardır və müasir standartlara sahib olmaq hər ikisinin başlıca vəsifəsidir. Üçüncüsü isə hər zaman regionda hazırlıqlar olmalıdır”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »