Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Virusa qarşı aparılan səhv müalicə üsulları
Virusa qarşı aparılan səhv müalicə üsulları

Ölkə olaraq, 2 ilə yaxındır ki, koronavirus pandemiyası ilə mübariz aparırıq. Lakin bu xəstəlik üçün xüsusi bir müalicə üsulu aşkar edilmədiyi üçün hər həkim, tibb işçisi demək olar ki, fərqli üsulda və fərqli dərmanlarla xəstəliyə qarşı mübarizə aparır. Bəzi həkimlər var ki, xəstəliyə yoluxan pasientini dərhal KT müayinəsinə göndərir, sistemlər, antibyotiklər qəbul etməyi tövsiyyə edir. Lakin bir çox həkimlər bunun tamamilə əksini tövsiyyə edir, hətta xəstəliyə yoluxan insanlara ilk gündən sistem, antibyotik verilməsinin tamamilə səhv addım olduğunu vurğulayırlar. Qeyd edirlər ki, ağırlaşma hallarının çoxanmasının başlıca səbəblərindən biri də məhz budur. Düzgün müalicə üsulunun aparılmaması.

Həkim Sahin Məmmədovun sözlərinə görə, covid xəstəxanalarına müvəqiqəti ezam olunmuş tibb işçiləri var ki, orda gördükləri dərmanları evdə müalicə alan qohum əqrəbaya- yüngül gedişli xəstələrə təyin edirlər.

Şahin Məmmədov Şahin Məmmədov

“Məsələn, yenicə yoluxmuş covid xəstəsinə evdə meropenem, vankomicin, tazeracin, metilprednizolon və s yazıblar. Soruşuram bunu sizə kim yazıb? Deyirlər qohumumuz covid xəstəxanadında işləyir, o yazıb ki biz burda bunlarla müalicə edirik. Elə məhz buna görə də pisləşmə ehtimalını artırırlar”.

Həkim onuda vurğulayıb ki, evdə müalicə alan covid xəstələrinə KT müayinəsi etdirməyin heç bir mənası yoxdur və qadağan edilməlidir.

“Boş yerə özünüzü şüalandırmayın. KT xərçəng əmələ gətirir.

Testiniz müsbətdirsə, temperaturunuz varsa diaqnoz aydındır. Ağciyərdə buzlaşma varmı, yoxmu bilmək istəyirsizsə, mən deyim. Bəli, buzlaşma artıq mövcuddur. Çox az faiz olsa da bütün temperaturlu xəstələrdə var. Cünkü covid aşağı tənəffüs yollarının infeksiyasıdır. ağciyərdə problem var ki temperatur var. Bilin ki 50% ə qədər buzlu şuşə mənzərəsi olan xəstələr yüngül sayılır.

Lap ondan yuxarı rəqəm də olsa narahat olmağa dəyməz, çünkü buzlu cam görüntüsü olan sahələr qazlar mübadiləsində iştirak edir və faizə görə müalicədə heç bir düzəliş, əlavələr aparılmır”.

Qeyd edək ki, Tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov da kolleqalarına müraciət ünvanlayıb və bildirib ki, evlərdə ilk günlərdən dexametazon, metipred, prednol-L, antibiyotiklər, sistemlər yazanmamağa çağırıb.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »