Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir balaca külək əsdi, axşamdan işıqlar söndü
Bir balaca külək əsdi, axşamdan işıqlar söndü

Bir balaca külək əsdi. İki rayondan şikayət zəngi gəlib. İşıqlar axşamdan sönəndir. Hələ də yanmır.

Hələ nə payız, gəlib, nə qış var. Nə də fırtına filan yoxdur. Sadəcə bir balaca külək əsib. Köhnədən qalma işıql dirəkləri dözməyib, xətlər quru lavaş kimi ovxalanıb töklülür. Bu qədər müddətdə aparılan təmir işləri barədə hesabatlar, yüzminlərlə manat sərf edilərək görülən yeniləmə işləri hanı?

“Goranboyun 10 mindən çox əhalisi, 30-dan çox Şəhidi, 4 Milli Qəhrəmanı olan Qızılhacılı qəsəbəsində 14 saatdır işıq yoxdur. Elektrik, telefon xətləri də 60-70-ci illərdən qalmadır. Bir balaca külək əsən kimi işıqlar sönür”. Bu şikayəti qəsəbə sakini Əbdül Seyidov səsləndirib.

Ucar rayonunun Şahlıq kəndindən də eyni şikayət var.”Bizi sanki Sovet dönəmində unudub gediblər. O vaxt çəkilən elektrik xətləridir, hamısı da köhnə. Bir balaca külək budağı tərpədən kimi işıqları söndürürlər. Qaz xətti desək, o da ayrı dərddir. O boyda Qarabağa elektrik, qaz çəkiblər, Azərbaycanın ən orta yerində yerləşən bu kəndə qaz verilmir.Yüz dəfə demişik, çəkəcəyik deyib söz verirlər, iş görmürlər. Pandemiya dönəmində uşaqlarımızı “ kor etdilər” Nə internetə qoşula bilirik, nə də telefon xətləri işləmir. Kənd yerində nə boyda qazanc var ki, olan pulu da meqabayta yükləyəsən, uşaq dərsə girə?”. Hələ payız gəlməyib. İndidən dərdi səri bizi götürüb”,- deyir kənd sakinləri.

Bir balaca külək əsməklə iflic vəziyyətə düşürüksə leysanlar, fırtınalar qoparsa nə olacaq? Bəs generatorlar hansı gün üçün saxlanılır? Bəs bu xətləri vaxtlı- vaxtında nə üçün təmir eləmirlər. Gərək mütləq hadisə baş verə, sonra aidiyyəti qurumlar fəaliyyətə başlaya? Bir dəfə də kimsə demədən, yuxarıdakılar tapşırmadan , danlamadan hər kəs öz işini görsün.Bu kəndlərin insanları əsgər aparılmaq üçün yada düşürsə rahat həyatları da təmin edilməlidir. O qazı da, işığı da, interneti də dövlət vətəndaşına havayı vermir. Satır, pulunu alır. Barı ixdməti keyfiyyətli edin.

Sonra da deyirlər camaat kənddən şəhərə axın edir. Bəs Sovet dönəmində nə üçün yox idi bu axın? Hər kəndin mədəniyyət evi, klubu, idman meydançşaları, məşğuliyyət dərnəkləri, kitabxanaları, tibb məntəqələri var idi. Bu gün o köhnə infrastruktur öz istismar müddətini başa vurub, sıradan çıxır. Kənddə, rayonda məşğulluq özü ayrıca bir problemdir. Rayon icra hakimiyyətləri nə iş görürlər görəsən? Quşqonmaz qalalarından, mühafizəçi və polislərlə barrikada halına gətirilmiş icra hakimiyyəti binalarından içəri girə bilsək, öyrənərdik.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »