Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kirayə mənzil bazarında son vəziyyət: “Tələbələr ev problemi ilə üz-üzə qalacaqlar”
Kirayə mənzil bazarında son vəziyyət: “Tələbələr ev problemi ilə üz-üzə qalacaqlar”

Operativ Qərargahın son brifinqi zamanı bildirildi ki, dərslərin açılacağı gözlənilir, lakin son qərar sentyabr ayında açıqlanacaq. Bu da şagird, tələbələr və valideynlər arasında çaşqınlıq yaradıb.

Vətəndaşlar bilmirlər ki, məktəb hazırlığı görsünlər, universitetə rayondan gələn tələbələr üçün ev tutsunlar ya yox. Bu hal kirayə mənzil bazarına da təsirsiz ötüşməyib.

Əmlak eksperti Elnur Fərzəliyev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, tələbələr mənzil kirayələmək, rayondan şəhərə köç etmək üçün xərc çəkməyə çəkinirlər. Çünki dərslərin əyani formada davam edə biləcəyinə inamları yoxdur.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“Normalda bölgələrdən gələn tələbələr avqust ayının ortasından və sonundan etibarən kirayə mənzil axtarırdılar. Hazırda isə vəziyyət əvvəlki kimi deyil. Tələbə axını hiss olunmur. Çünki Operativ Qərargahın son brifinqində bildirildi ki, sentyabr ayında dərslər başlayacaq, amma daha dəqiq məlumatı sentyabr ayında deyəcəyik. Valideynlər hazırda xəbər gözləyirlər. Hazırkı vəziyyət valideynlərdə çaşqınlıq yaradıb. Çünki gəlib ev tutsalar, mənzilin kirayəsini verməlidir. Çünki bir tələbə qalamaq niyyəti ilə rayondan şəhərə gəlirsə, elə bir maşın onun veşi olur. Məsələn, şəxsi əşyaları, geyimi, kitabları, yeməyi və s.

Faktiki olaraq tələbələr üçün yararlı olan ucuz kirayəlik mənzillərin sayı çox məhduddur. Tələbələrin arzuladığı, universitetlərin yerləşdiyi ərazilərdən söhbət gedir. Bu ərazilərin isə çoxunda söküntü işləri gedir. İstismar müddətini başa vurmuş köhnə yaşayış binaları, fərdi həyət evləri sökülür ki, yeni binalar tikilsin. Bu səbəbdən dən ucuz evlərin böyük hissəsi kirayə bazarından çıxıb. Digər tərəfdən isə evi sökülən sakinlərin özləri də məcburən, evləri sökülüb yenisi tikilənə qədər kirayə qalmalı olurlar. Bu da minimum iki il deməkdir. Bu özü də kirayə bazarında məhdudiyyət, mənzil qıtlığı yaradır.

Tələbələrin axını baş verərsə, ev problemi ilə üz-üzə qalacaqlar. Lakin bu il də əvvəlki kimi axın yoxdur”.

Ekspertin sözlərinə görə, ortalama 1 otaqlı bina evinin qiyməti 300 manat, bir az şəhərdən kənarda isə 150 manatdır.

“Bu mənzillərdə 1 tələbə qalmır. Minimum 2-3, hətta 4 tələbə də qalır. Bu isə onların təhsilinə çox mənfi təsir edir. Bir otaqlı mənzildə 4 tələbə qalırsa, yeyirsə, yatırsa, onların orada dərs oxumağı mümküsüzdür.

Ucuz həyət evləri də var. Qiymətləri minimum 100 manatdan başlayır və üzü yuxarı gedir. Məsələn, Yasamal, Alatava, Sovetskinin bir hissəsində. Bu ərazilərdə də evlərin bir çoxu sökülür.

Bütün bu problemlərin başında duran bir məsələ var. Tələbə yataxanalarının olmaması. Sovet dövründə tələbə yataxanaları var idi. 90-cı illərin əvvəllərində məcburi köçkünlərin məcburən həmin evlərə sığındılar. Artıq son bir neçə ildə ölkə başçısı demək olar ki, məcburi köçkünlərin çox hissəsini evlə təmin edib.

Məcburi köçkünlərin yaşadıqları tələbə yataxanalarının bir çoxunun istirmar müddəti başa çatıb. Lakin özlərinin torpaq sahələri var. Həmin torpaqlar üzərində yataxanalar tikib tələbələrə minimal qiymətə kirayə verə bilərlər. Bu həmin müəssisə və tələbə üçün yararlı olar. Çünki ən aşağı qiymətə versələr belə, küllü miqdarda gəlir əldə edəcəklər”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »