Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üzüm kollarının kəsilməsi ilə bağlı cinayət işi açılıb
Üzüm kollarının kəsilməsi ilə bağlı cinayət işi açılıb

Paytaxtın Xətai rayonu ərazisində üzüm kollarının kəsilərək məhv edilməsi barədə daxil olmuş vətəndaş müraciəti üzrə araşdırma aparılıb.

Bizimyol.info xəbər verir ki,  Xətai Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məktubunda 7 ədəd üzüm kolunun kəsilərək məhv edilməsi və nəticədə yaşıllıqlara 1 min 680 manat məbləğində ziyanın dəyməsi göstərilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Xətai Rayon Polis İdarəsinin Istintaq Şöbəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Paylaş »
››› İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »