Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin səhiyyə naziri: "Koronavirusa qarşı vaksinasiya yüksək olarsa, təhsil əyani davam edəcək"
Türkiyənin səhiyyə naziri: "Koronavirusa qarşı vaksinasiya yüksək olarsa, təhsil əyani davam edəcək"

"Türkiyədə yeni tədris ilini şagirdlərimiz əyani təhsillə başlayacaq".

APA-nın xəbərinə görə, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca yeni növ koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaradılan Elmi Şuranın təhsil naziri və Ali Təhsil Şurasının sədri ilə birlikdə keçirilən iclasından sonrakı açıqlamasında bildirib.

Nazir deyib ki, şagirdlərin əyani təhsildən geri qalmaması üçün ən başlıca məsələ valideynlərin vaksinasiya olunmasıdır: "Türkiyədə koronavirusa aktiv yoluxmanın 81 faizi, xəstəxanada müalicə olunanların 90 faizi, vəfat edənlərin 90 faizi koronavirusa qarşı peyvənd olunmayanlardır".

F.Kocanın sözlərinə görə, məktəblərdə qələbəlik olunmaması üçün Elmi Şuranın bu istiqamətdəki təklifləri Təhsil Nazirliyi və Ali Təhsil Şurası ilə müzakirə edilib, müvafiq tədbirlər görülüb.

Nazir deyib ki, Elmi Şura yeni dövrdə məktəblərin bağlanmasını gündəmə gətirmək istəmir, çünki peyvəndlənmənin yüksək olması məktəblərin bağlanmasına səbəb olmayacaq: "Bu halda təhsil əyani davam edəcək".

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
Son xəbərlər
Bütün xəbərlər »