Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Navalnının komandası vitse-spikerin ailəsinin 20 milyonluq evlərini üzə çıxardı
Navalnının komandası vitse-spikerin ailəsinin 20 milyonluq evlərini üzə çıxardı

Rusiyada Navalnının özü həbsdə olsa da, komandası apardığı araşdırma ilə Rusiya Dövlət Dumasının sədr müavini və Voronej vilayətinin keçmiş qubernatoru Aleksey Qordeyevin ailə üzvlərinin çox bahalı mülklərə sahib olduğunu üzə çıxarıb.

Bizimyol.info xəbər verir ki, vitse-spikerin ailə üzvlərinin əmlakını araşdırmaçılar təxminən 20 milyon dollar qiymətləndiriblər.

Qordeyev gəlir bəyannaməsində göstərib ki, həyat yoldaşı Tatyananın adına 252.7 kvadrat metrlik mənzil var. Araşdırmaçılar öyrənib ki, vitse-spikerin xanımı o mənzili hələ 2007-ci ildə əldə edib. Həmin vaxt onun əri 8 il idi ki, Kənd Təsərrüfatı naziri işləyirdi.

Araşdırmada onun oğlu Nikita Qordeyevdən də bəhs olunur. O, Ryazansk Vilayət Dumasının ən gənc deputatı olub və iki dəfə seçilib. 2018-ci ildə o, deputatlıqdan imtina etdi. Hələ 2009-cu ildə - 24 yaşı olanda Nikita Qordeyev aqro-holdinq sahibi idi. 2019-cu ildə “Kommersant” yazırdı ki, oğul Qordeyev süd məhsullarını istehsal edən şirkətin sahibidir və biznüsini genişləndirir. Onun eyni zamanda, “Aqropromservis”in səhmlərinin 61 faizinə sahib olduğu bildirilir. Bu müəssisədə bacısı Varvara Maslovanın da payı var.

Araşdırmaçılar oüzə çıxarıb ki, Nikita Qordeyev 2018 -ci ildə Rublyovkada - Moskva yaxınlığındakı Jukovka kəndində daha bir imarətə sahib olub. Evin sahəsi 975 kvadrat metrdir. Əlavə 250 kvadrat metrlik bir qonaq evi də var. Bunlar 44 hektar ərazidə yerləşir. Navalnının komandası evin və torpağın dəyərinin təxminən 6.5 milyon dollar olduğunu vurğulayıb.

Bundan əlavə, Nikita Qordeyev Ryazan vilayətində də təxminən 1milyonluq mülkə sahibdir.

Nikitanın həyat yoldaşı Arina Qordeyeva 2008-ci ildə 181 kvadratmetrlik bir mənzilin sahibi olub. İki il sonra mənzil Valentina Safronovanın adına keçirilib. Safronova isə Nikitanın qayınanasıdır. Bu mənzilin dəyərinin 2.9 milyon dollar olduğu bildirilir.

Valentina Safronovanın adına həmçinin ümumi sahəsi 3700 kvadrat metr olan iki torpaq sahəsi də tapılıb. Həmin ərazilərdə 806 və 111 kvadrat metrlik iki ev yerləşir. Araşdırmaçılar bu əmlakın dəyərini təxminən 3 milyon olduğunu deyir.

Bizimyol.info

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »