Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın xarici işlər naziri ABŞ-ı idmançı oğurluğunda ittiham edir
Rusiyanın xarici işlər naziri ABŞ-ı idmançı oğurluğunda ittiham edir

Rusiya Amerikanı idmançı oğurluğunda ittiham edib. Qonşu ölkənin Xarici İşlər naziri Sergey Lavrov iddia edir ki, ABŞ özünə təhlükə hesab etdiyi rusiyalı idmançıları dopinq bəhanəsilə oğurlamağa cəhd edə bilər.

Bizimyol.info xəbər verir ki, Lavrov ABŞ-nın dünyanın müxtəlif yerlərində gizlənən adamları istədiyi vaxt öz ölkəsinə gətirmək təcrübəsi olduğunu xatırladıb.

“İstisna etmirəm ki, amerikalılar beynəlxalq yarışlarda öz maraqlarına təhlükə hesab etdikləri idmançıları cəzalandırmaq üçün də oxşar üsulları tətbiq edə bilər”, - rusiyalı nazir Sverdlovsk vilayətində idman ictimaiyyətinin nümayəndələrilə görüş zamanı bildirib.

ABŞ-da qəbul olunmuş “Rodçenkov Qanunu”na əsasən, amerikalı idmançıların iştirak etdiyi hər bir tədbirdə dopinq məsələsilə bağlı pozuntuya görə cinayət işi başlaya, hökm çıxara bilər.

Lavrovun sözlərinə görə, Qərb ölkələri qlobal antidopinq sistemini “özəlləşdirib”. O vurğulayıb ki, Ümumdünya Antidopinq Agentliyinin (WADA) İdarə Heyətinin üzvlərinin təxminən dörddə üçü NATO ölkələri və ya onlara dost Avstraliya, Yaponiyadan olanlardır. Nazir qeyd edib ki, dopinqə qarşı mübarizəni faktiki idarə edən güclərin – ölkələrin əhalisinin sayı planet mütləq azlıqdadır. Onun fikrincə, bu da yanlışdır. Xarici siyasət idarəsinin rəhbəri hesab edir ki, qaydalar dünyanın bütün dövlətləri üçün ədalətli və eyni cür olmalıdır.

Sergey Lavrov meldonium və mildronatla bağlı zarafatı xatırladaraq bildirib ki, bu dərmanların faktiki heç bir fərqi yoxdur. Amma meldonium Rusiyada istehsal olunduğuna görə qadağan edilib.

Rusiyalı nazir deyir ki, ölkəsinin bayrağı və himninə qoyulan qadağa aradan qaldırılana qədər mübarizəni davam etdirəcəklər.

“Biz məsələnin hüquqi tərəfilə də məşğuluq, bu işi davam etdirməliyik. Sübut etməliyik ki, biz özümüz də idmançılarımız tərəfindən dopinqlə bağlı pozuntuya yol verilməsində qətiyyən maraqlı deyilik. Konkret faktlar aşkar edən kimi, məsələni kökündən həll edəcəyik”, - Lavrov əlavə edib.

WADA İcraiyyə Komitəsi 2019-cu ilin dekabrında Rusiya Antidopinq Agentliyininin Dünya Antidopinq Məcəlləsinə uyğun olmadığını bəyan etmişdi. Rusiya Antidopinq Agentliyi bu qərarla razılaşmadı və məsələ İdman Arbitraj Məhkəməsi müstəvisinə çıxarıldı. Məhkəmənin 17 dekabr 2020-ci ildə çıxardığı qərara əsasən, Rusiyaya dünya çempionatlarının, Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi, bu ölkənin böyük turnirlərdə iştirak edən idmançılarına isə ölkəsinin bayrağı altında çıxış etmək və Rusiyanın himninin səsləndirilməsi qadağan edildi. İki illik nəzərdə tutulan bu qadağanın müddəti 2022-ci ilin dekabrında başa çatacaq.

Bizimyol.info

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
Son xəbərlər
Bütün xəbərlər »