Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dayısı oğlunu qaçırıb yarım milyon tələb edən şəxs Bakıda hakim qarşısında
Dayısı oğlunu qaçırıb yarım milyon tələb edən şəxs Bakıda hakim qarşısında

Bakıda məhkəmədə dayısı oğlunu girov götürüb, onun azadlığı üçün 500 min dollar tələb etməkdə təqsirləndirilən Rafiq Hüseynovun mühakiməsi başlayıb. O, dostu Anar Mehdiyevlə birlikdə mühakimə olunur.

Bizimyol.info xəbər verir ki, bu işi Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Rafiq Hüseynov və Anar Mehdiyev Cinayət Məcəlləsinin 145.2.4 (bir qrup şəxs tərəfindən qanunsuz azadlıqdan məhrum etmə), 182.2.1 və 182.4 (bir qrup şəxs tərəfindən, xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələrilə ittiham irəli sürülüb.

Rafiq Hüseynovun dayısı Mirəkbər Seyidov və oğlu Mirhəsən Seyidov zərərçəkmiş qismində tanınıb.

Cinayət işinin materiallarında göstərilib ki, Rafiq Hüseynov Rusiyada bizneslə məşğul olan dayısı Mirəkbər Seyidovdan pul almaq qərarına gəlib. İyunun 8-də günorta saat 16.00 radələrində dayısı oğlu Mirhəsən Seyidovu Sabunçu rayonu, Ramana qəsəbəsindəki evinə dəvət edib. Evdə birlikdə yemək yeyəndən sonra dayısı oğlu Mirhəsənin əllərini və ayaqlarını yapışqanlı lentlə bağlayıb. Onu zorla həmin vəziyyətdə əyləşdirib, mobil telefonla fotosunu çəkib. Daha sonra həmin fotonu dayısı Mirəkbər Seyidova göndərib. Ondan oğlunun azad edilməsi üçün 500 min dollar pul istəyib.

Uzun illərdir Rusiya yaşayan və işləyən, bu ölkənin vətəndaşı olan Mirəkbər Seyidov Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edib. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə onun müraciəti daxil olandan dərhal sonra əməliyyat tədbiri keçirilib və Mirhəsən Seyidov azad edilib.

Rafiq Hüseynov və Anar Mehdiyev ilk dəfə avqustun 27-də məhkəmə qarşısına çıxarılıb. Həmin gün məhkəmənin hazırlıq iclasında onların anket məlumatları dəqiqləşdirilib, iş məhkəmə baxışına verilib. Sentyabrın 3-də məhkəmə baxışı keçiriləcək. Prokuror ittiham aktını elan edəcək, daha sonra dindirmələr başlanacaq.

Bizimyol.info

Paylaş »
››› Qadınların qeybə çəkildiyi, uşaqların ac dolaşdığı şəhər - Video
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› 20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
Son xəbərlər
Bütün xəbərlər »