Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaxarova: “Ərdoğanın təklifi Bakı ilə İrəvan arasında etimadı artırmağa kömək edəcək”
Zaxarova: “Ərdoğanın təklifi Bakı ilə İrəvan arasında etimadı artırmağa kömək edəcək”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi “Altılıq platforması” Bakı ilə İrəvan arasında etimadı artırmağa, həmçinin ölkələr arasında humanitar məsələləri həll etməyə kömək edəcək”.

“Report”un verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Rusiya XİN nümayəndəsi Qarabağ məsələsinin Moskvanın diqqət mərkəzində olduğunu vurğulayıb.

“Əsas səylərimiz razılaşmaların həyata keçirilməsinə yönəlib, prioritetlər arasında humanitar vəzifələrin həlli, Azərbaycan-Ermənistan sərhədində gərginliyin azalması, Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların bərpa edilməsi var. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövcud mandat əsasında və yeni regional reallıqları adekvat nəzərə almaqla işinin intensivləşdirilməsini dəstəkləyirik”, - o bildirib.

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
››› Sabiq deputat vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »