Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Birinci Qarabağ müharibəsində bizə ABŞ yox, Rusiya təzyiq edirdi”
“Birinci Qarabağ müharibəsində bizə ABŞ yox, Rusiya təzyiq edirdi”

Birinci Qarabağ müharibəsində Azərbaycana Amerika Birləşmiş Ştatları (ABŞ) yox, daha çox Rusiya Federasiyası təzyiq edirdi.

Bu sözləri Bizimyol.info saytına təhlükəsizlik üzrə ekspert İlham İsmayıl politoloq Tofiq Abbasovun sözlərini şərh edərkən bildirib. Xatırladaq ki, T.Abbasov Bizimyol.info saytına açıqlamasında 1992-ci ildə Azərbaycan qoşunlarının Ağdərəyə girməsindən sonra ölkəmizə qarşı ABŞ tərəfindən təzyiqlərin artdığını, 907-ci düzəlişin də məhz Ağdərə döyüşlərindən sonra qəbul edildiyini demişdi.

Ilham Ismayıl İlham İsmayıl

“Azərbaycan ordusuna Xankəndini almaq elə də çətin olmayacaqdı. Lakin bundan sonra Azərbaycana qarşı xarici dövlətlər, beynəlxalq güclər tərəfindən sərt təzyiqlər olacaqdı. O zaman, 1992-ci ildə Ağdərə əməliyyatından sonra Azərbaycana qarşı ABŞ-dan təzyiqlər başladı, 907-ci düzəliş qəbul edildi. O zaman nəinki hərbi, siyasi cəhətdən də uduzmuşduq”, - deyə politoloq bildirib.

İlham İsmayıl isə o fikirdədir ki, 1992-ci ildə ABŞ Konqresində 907-ci düzəlişlə Ağdərənin alınması arasında heç bir əlaqə yoxdur.

“Düzdür, ABŞ-da erməni diasporu çox aktiv fəaliyyət göstərirdi və Azərbaycana qarşı kampaniya aparırdılar. Lakin ABŞ-ın Azərbaycana, yaxud digər keçmiş sosialist ölkələrinə o zamanlar təsir gücü, təzyiq imkanları zəif idi. O zaman ara elə qarışdı ki, əvvəl Azərbaycanda, sonra keçmiş Yuqoslaviyada... “Beynəlxalq təzyiq” anlayışı indiki qədər aktual deyildi. Lakin Rusiyadan, birbaşa Yeltsin administrasiyasından Azərbaycana təzyiqlər başladı. O zaman hərbi üstünlük əldə etmişdik, lakin daxili çəkişmələr bizim mövqelərimizi hər tərəfdən zəiflətdi”, - deyə İ.İsmayıl qeyd edib.

Onun sözlərinə görə, o zaman Azərbaycan ordusu öz əməliyyatlarını davamlı və planlı şəkildə aparsaydı, qısa zaman içində Xankəndiyə də girmək imkanı var idi: “Bu gün ola bilər ki, müəyyən təzyiqlər olsun. Lakin o zaman planlı hərəkət etsəydik, bizə qarşı hər hansı bir təzyiq də olmayacaqdı. O zaman Ağdərənin alınmasından sonra Moskvadan təklif də gəldi ki, vilayət statusu saxlanılsın, amma müharibəni dayandırın. Təəssüf ki, daxili hərcmərclik, siyasi dairələrimiz arasındakı qarşıdurma bu istiqamətdə hər hansı nəticəyə gələ bilmədi”.

Ekspert vurğuladı ki, Ağdərə bir il ərzində - 1992-ci ilin iyun ayından 1993-0cü il iyulun 7-dək Azərbaycan qoşunlarının nəzarətində olub: “Surət Hüseynovun dəstələri Ağdərəni boşaltdılar və ondan sonra da 7 rayonun işğal edilməsini müşahidə etdik”,- deyə İlham İsmayıl əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
Son xəbərlər
Bütün xəbərlər »