Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Virusa inanan və inanmayan Avropa xalqları
Virusa inanan və inanmayan Avropa xalqları

Bəşəriyyət iki ilə yaxındır pandemiya ilə mübarizə aparır. İndiyə qədər 4 milyondan çox insan infeksiyadan həyatını itirib. Amma hələ də virusa inanmayanlar var. Özü də təhsilin səviyyəsinin yüksək olduğu, insanlarının dünyagörüşünə həsəd aparacağımız Avropada da xəstəliyə skeptik yanaşanların sayı çoxdur.

Bizimyol.info xəbər verir ki, Böyük Britaniya mətbuatında bir araşdırmanın nəticələri dərc olunub. Nəticələr xüsusilə Avropanın mərkəzində və cənubunda skeptik yanaşma səviyyəsinin yüksək olduğunu ortaya qoyub. Köhnə qitə sakinlərindən 30 min respondent pandemiya və karantin tədbirləri ilə bağlı fikrini bildirib.

Macarların 42 faizi hesab edir ki, qapanmaların xeyrindən çox, zərəri var. Xorvatların 34, bolqarların 33, yunanların 30 faizi belə düşünür.

Cənub ölkələrinin heç də hamısında vəziyyət belə deyil. Portuqalların cəmi 8 faizi lokdaunu faydasız sayır. Sorğuda iştirak edən Portuqaliya vətəndaşlarının 50 faizi inanır ki, karantin rejimi pandemiyanın yayılmasının qarşısını alır. İspanların 60 faizi bu fikirdədir. İsveçlilərin 33, britaniyalıların 45 faizi karantin qaydalarını əhəmiyyətli sayır.

Respondentlər arasında virusa inanıb, amma təhlükənin şişirdildiyini düşünənlər də az deyil. Rumınların 46, bolqarların 41, xorvatların 38, macarlarla yunanların 36 faizi belə fikirdədir. Bu qədər inamlı danışmağın düzgün olmadığına ən çox italyanlar əmindir (16 faiz). Portuqallar (15 faiz) və isveçlilər (14 faiz) də təhlükənin böyük olmasına inanır.

İspanların 45, portuqalların 41, hollandların 37 və almanların 36 faizi bildirir ki, virusa daha ciddi yanaşmaq lazım idi. Yəni pandemiya daha çox məhvə qadirdir. Danimarkalıların yalnız 6 faizi belə düşüncə ilə razıdır.

Sorğu Avropanın 20 ölkəsində keçirilib. Bəzi dövlətlər bundan kənarda qalıb. Məsələn, Fransa, Norveç, Belçika, İrlandiya kimi ölkələrlə bağlı ortada nəticələr yoxdur. Eyni zamanda, cırtdan dövlətlər də də sorğu keçirilməyib.

Bizimyol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »