Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstanı tərk edənlər Türkiyəyə piyada gedirlər
Əfqanıstanı tərk edənlər Türkiyəyə piyada gedirlər

Əfqanıstanı dayanmadan yerli vətəndaşlar tərk edir. Avqustun 15-də “Taliban”ın hakimiyyəti ələ keçirməsi bu istiqamətdən miqrant axını yaradıb. Ölkəni sərt şəriət qanunlarıyla idarə edəcək yeni hökumətlə qalmaq istəməyən əfqanlar hər vəchlə buradan çıxmağa çalışır. İlk günlər təyyarə imkanları yaranmışdı. Amma Kabil aeroportu daha uçuşlar həyata keçirmir. İnsanlar ölkəni piyada tərk etməyə çalışırlar.

Bizimyol.info xəbər verir ki, əfqanlar bu üsulla daha çox Türkiyəyə çatmağa can atırlar. Əvvəlcə İrana üz tuturlar. Oradan Türkiyəyə keçməyə cəhd göstərirlər. Son məqsəd isə Avropaya qədəm qoymaqdır.

Əfqanlar niyə Türkiyəni seçir? Çünki bu ölkə qədər miqrantlara isti yanaşan yoxdur. Türkiyə miqrantların müvəqqəti yaşayış düşərgələrində həyat şəraitinin qənaətbəxş olması üçün əlindən gələni edir. Gəlmələrə qarşı təzyiq müşahidə edilmir. Məsələn, Yunanıstanda belə deyil. Avropa ölkəsinin sərhədçiləri bəzən hətta silaha əl atmaqdan da çəkinmir.

Sosial mediada yayılan videolarda əfqanların dəstələrlə ölkəni tərk etməsi göstərilir. Ən vacib şeyləri götürüb, ailələri ilə yola çıxırlar. Daha çox yoxsul insanlar bu yolu seçir. Geridə əmlak və ya böyük əşyalar qalmır. İranlı qaçaqmalçılar onlara kiçik məbləğlər müqabilində təxminən 4 saata sərhədi keçmək yollarını göstərirlər. İrana keçəndən sonra daha 20-30 gün piyada getmək lazım gələcək. Yoxsul əfqanlar Türkiyəyə qədər uzun yolu qət etməyə hazırdır.

Əfqanıstanı tərk edənlər onları hansı məşəqqət gözlədiyini təsəvvür etmirlər. Avropaya keçmək üçün Ədirnədəki İpsala sərhəd zolağına yetişmək lazımdır. Bu isə bütün Türkiyəni keçmək anlamına gəlir. Təkcə İranın paytaxtı Tehrandan Ədirnəyə 2700 kilometrə yaxın avtomobil yolu var. Yoxsul əfqanlar əvvəlcə Türkiyəyə yetişib, sonra isə mərhəmətli insanların köməyi ilə özünü Yunanıstanla sərhədə çatdırmağa ümid edir. Hərçənd, bizim qardaş ölkədə qalmaq istəyənlər də az deyil. Əfqanıstandan daha əvvəl çıxanlar arasında Türkiyəni yaşayış yeri seçənlər olub.

Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
Son xəbərlər
Bütün xəbərlər »