Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Müharibədən yeni çıxmış ölkədə əlil pensiyaçıların sayı 4 faiz azalıb” – Etiraz
“Müharibədən yeni çıxmış ölkədə əlil pensiyaçıların sayı 4 faiz azalıb” – Etiraz

Bizimyol.info xəbər verir ki, iqtisadçı Nemət Əliyev əlilliyə görə pensiya alanların say göstəricilərinə diqqət çəkib və bildirib ki, bu göstəricilərə baxdıqda o qənaətə gəlmək olur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində obyektivlikdən əsər-əlamət qalmayıb.

“Əlil pensiyaçıların sayı 2021-ci ilin 1 yanvar tarixinə 373,8 min nəfər, 1 iyul tarixinə 358,2 min nəfər olub. Bu rəsmi məlumatların müqayisəsindən belə çıxır ki, bu ilin 6 ayında əlil pensiyaçıların sayı 15 min 600 nəfər azalıb.

Hətta saxta əlillik sənədləri əsasında pensiya verilməsinin durdurulmasının ümumi say azaldıcı təsirini nəzərə alsaq belə, bu ilin 6 ayında bu dərəcədə azalma mümkün deyildi. Çünki Azərbaycan yenicə müharibə dövrünü yaşayıb və bu müharibədə sağlamlığını itirən, sosial təminata möhtac vəziyyətə düşmüş minlərlə igid qazilərimiz var. Bu səbəbdən də İkinci Qarabağ müharibəsi qazilərinin hesabına əlil pensiyaçıların sıraları əhəmiyyətli dərəcədə genişlənməli və sayında artan dinamika yaranmalıydı. Lakin əlil pensiyaçıların sayı nəinki artmayıb, əksinə daha 4% azalıb.

Bunun yalnız bir səbəbi var. O da əlilliyə görə pensiyaların təyinatında süründürməçilik hallarının çoxalması, nazirliyin idarəçilik sistemində obyektivlik və çeviklik kimi çox vacib prinsipial məsələlər arxa plana düşməsidir”.

Məsələ ilə bağlı ƏƏSMN ilə əlaqə saxladıq. Məsələyə aydınlıq gətiriləcəyini bildirdilər.

Leyla Mirzə

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »