Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bakı Qızlar Universitetinə ya dövlət statusu verilsin, ya da adı dəyişdirilsin”
“Bakı Qızlar Universitetinə ya dövlət statusu verilsin, ya da adı dəyişdirilsin”

Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsilərindən biri də Bakı Qızlar Universitetidir. Bu universitetin tarixi 1992-ci ildən başlayıb və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 iyul 2005-ci il tarixli Dövlət Qeydiyyatı haqqında 19 saylı şəhadətnaməsi ilə Bakı Ali Pedaqoji Qızlar Seminariyası Bakı Qızlar Universiteti adlandırılıb.

Hazırkı dövrdə nədənsə, bu universitetə maraq çox aşağı səviyyədədir. Tələbə adını qazanmış gənclər bu universitetdə oxumaqdan imtina edirlər.

Bəs görəsən, universitetə marağın olmaması nə ilə bağlıdır? Marağı artırmaq üçün hansı addımlar atılmalıdır?

Təhsil eksperti Elçin Əfəndi Bizimyol.info-ya açıqlama verərək bildirib ki, Bakı Qızlar Universitetinə ya dövlət statusu verilməli, ya da adı dəyişdirilməlidir.

Elçin Əfəndi Elçin Əfəndi

“Çünki heç bir qız bu universitetdə təhsil almaq istəmir, amma həmin universitet demək olar ki, hər il plan yerlərini 80-90% doldurur.

Bəzi valideynlərə, eyni zamanda onların ərköyün övladlarına hiddətlənirəm. Konsultasiyaya gəlmiş bir vətəndaşa izah edirəm ki, Bakı Qızlar Universitetinə pulsuz düşürsən. Deyir ki, yox, mən illik 6500 ödəyib ADA-da təhsil almaq istəyirəm. Valideynlərinə baxıram, o 6500-ü hansı əziyyətlə qazanacaqları gözlərim önündə canlanır və təəssüf hissilə yenidən təkid edirəm. Bu dəfə valideynlər israr edir ki, eybi yox, ADA olsun.

Təbii ki, ADA-nın təhsili gözəldir. Amma pulsuza düşdüyün halda o qədər pulu vermək məntiqli qərar deyil. Sabah pul tapıb təhsil haqqını ödəyə bilməyəndə ya universitet atılacaq, ya da kredit götürüləcək. Bu səbəbdən də aidiyyatı qurumlardan xahiş edirəm ki, Bakı Qızlar Universitetinə ya dövlət statusu verilsin, ya da adı dəyişdirilsin. Əks halda bir neçə il sonra bu universitet bağlanacaq”.

Leyla Mirzə

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »