Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlılar rus blogeri üzr istəməyə məcbur etdilər
Azərbaycanlılar rus blogeri üzr istəməyə məcbur etdilər

Rus bloger Valeri Lovıgin Bakıdan reportaj hazırlamağa peşman olub. Onu çəkdiklərinə görə üzr istəməyə məcbur ediblər.

Bizimyol.info xəbər verir ki, rus bloger Bakının gecə həyatı haqqında reportaj hazırlayıb. O, gecə klublarından birinə sərxoş halda daxil olub. Lovıgin videoda uyğun olmayan ifadələr işlədib. Bundan sonra təhdidlər alıb. İddiasına görə, əvvəlcə ona “Telegram” kanallarından birindən yazaraq hədələyiblər. Guya 20-25 azərbaycanlı Valerini linç etməyə hazırlaşır. Rus bloger çox narahat olub. Lovıgin dərhal reportajına görə üzr istəyib.

“Bütün Azərbaycan xalqından bu insidentə, işlətdiyim sözlərə, ifadələrə görə üzr istəyirəm. Mən səmimi qəlbdən səhvimi etiraf edirəm, söz verirəm ki, heç vaxt belə bir şey təkrarlanmayacaq”.

Lovıgin yeni videosunda Azərbaycan xalqının mərhəmətindən danışıb. Bloger ümid etdiyini bildirib ki, azərbaycanlılar onu bağışlayacaq.

Qazaxıstanda buna bənzər başqa qalmaqal yaranmışdı. Rus qadının yerli adamların xətrinə dəyəcək ifadələr işlətməsi milliyyətçiləri özündən çıxarmışdı. Kuat Əhmədovun rəhbərlik etdiyi dəstə qadını taparaq qazax xalqından üzr istəmək məcburiyyətində qoymuşdu. Məsələ ciddi rezonans doğurmuşdu. Bu hadisəyə görə Kuat Əhmədova Rusiyaya 10 il giriş qadağası qoyulub. Rusiya mətbuatı onun Qazaxıstanda həbs olunduğunu yazır.

Bizimyol.info

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Səfəvi səfillər
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
››› DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib
Son xəbərlər
Bütün xəbərlər »