Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Talibanın əlində bəzi NATO ölkələrindəkindən çox qırıcı təyyarə var
Talibanın əlində bəzi NATO ölkələrindəkindən çox qırıcı təyyarə var

Talibanın Əfqanıstanı bütünlüklə ələ keçirməsindən sonra bu günə qədər yalnız avtomatlarla silhalanmış olan bu təşkilatın əlinə NATO –dan qalmış külli sayda silah, sursat, hətta təyyarələr keçib.

Bu silahlardan ən diqqət çəkəni son texnologiyalara malik hava nəqliyyatıdır. Talibanın əlində Black Hawks (Qara Şahin) və A-29 hücum qırıcıları da olmaqla 48 təyyarə var. Daily Mail bu siyahı ilə Talibanın NATO-ya üzv olan bəzi dövlətlərdən daha çox qırıcı təyyarəyə sahib olduğunu vurğulayıb.

Taliban Bolqarıstan, Bisna, Estoniya, İslandiya, Litva,Latviya, lüksemburq, Şimali Makedoniya, Sloveniya daxil olmaqla NATO-ya üzv olan ölkələrin üçdə birindən daha çox hava nəqliyyatına sahib olub.

Başqa sözlə 20 il sonra hakimiyyətə qayıtmış Taliban 30 NATO üzvünün 10-dan daha böyük silahla təchizata malik oldu.

NATO ölkələri arasında 13233 təyyarə ilə ABŞ, 1057 təyyarə ilə Fransa, 2056 təyyarə ilə Türkiyə öndə gəlir.

Talibanın ələ keçirdiyi Qara Şahinin 6 milyon, Herculesin 14 milyon dollar qiyməti var. 4 il öncə ABŞ Əfqanıstan ordusuna 208 təyyarə, 75000 yerüstü nəqliyyat verib və hamısı Talibanın əlinə keçib. Lakin ABŞ Talibanın əlinə keçmiş bütün hava nəqliyyatını bloklayaraq yararsız hala gətirdiyini elan edib. Bununla belə Talibanın əlindəki kiçik silahlar da böyük narahatlığa əsas verir. ABŞ 20 il ərzində əfqan mühafizə güclərinə 83 milyard dollar xərcləyib. Ordu adına sərf edilən milyonların böyük hissəsi “ölü canlara” həsr olunub, korrupsiya məqsədilə əfqan hökumətinin bəzi nümayəndələri tərəfindən ələ keçirilib.

İlhamə

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »