Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahil Babayev: “Bu günə kimi şəhid ailələrinə, müharibə əlillərinə 11 000 mənzil verilib”
Sahil Babayev: “Bu günə kimi şəhid ailələrinə, müharibə əlillərinə 11 000 mənzil verilib”

“Bu il üçün qarşımıza qoyulan tapşırıq, hədəf 3 000 şəhid ailəsinə, müharibə əlilinə mənizllərin təqdim edilməsidir ki, bu, əvvəlki illərdən dəfələrlə artıqdır”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibəsində deyib.

“Azərbaycan nadir ölkələrdəndir ki, şəhid ailələrinə, müharibə əlillərinə bu səpkidə geniş proqram icra edir. Şəhid ailələrinə, müharibə əlillərinə bu günə kimi 11 000 mənzil təqdim edilib. Onların da 1 600-ü bu il təqdim olunub. Hədəfimiz 3 000-dir. Proses davam edəcək”.

Nazir qeyd edib ki, 11 000 mənzil yüz milyonlarla manat vəsait deməkdir. Bu, kifayət qədər geniş, maliyyə tutumlu, böyük rəqəmdir.

“Müharibə əlillərinə təqdim edilən avtomobillərin sayı artıq 7 200-ü ötüb. Bu illər ərzində müharibə əlillərinə 7 200 avtomobil əvəzsiz olaraq təqdim edilib. Artıq bu il də 100 avtomobil təqdim olunub və proses ilin sonuna kimi davam edəcək.

Bunlar postmüharibə paketinin sadəcə bir hissəsi idi. Postmüharibə paketi daha geniş idi və bu paketin anonsunu da cənab prezident ötən ilin son günlərində imzaladığı sərəncam və fərmanlarla verdi”, - nazir bildirib.

Düşünürük ki, cari ay ərzində də Vətən müharibəsi qəhrəmanları ailələrinin hər biri mənzillərlə təmin olunacaq. Bu geniş paketin tərkib hissəsidir. Əlbəttə bu paketin icrası dövlətin şəhid ailələrinə, müharibə əlillərinə verdiyi önəmin, diqqətin bariz təzahürüdür”, - Sahil Babayev əlavə edib.

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib
››› Mənzildən kişi meyiti aşkar olunub
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »