Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT rəsmisi: “Sentyabrda Əfqanıstanda ərzaq ehtiyatları tükənəcək”
BMT rəsmisi: “Sentyabrda Əfqanıstanda ərzaq ehtiyatları tükənəcək”

“Taliban”ın nəzarətinə keçən Əfqanıstanda ərzaq ehtiyatları sentyabr ayında tükənəcək”.

“Report” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar məsələlər üzrə Əfqanıstandakı xüsusi koordinatoru Ramiz Ələkbərov qatıldığı mətbuat konfransında bildirib.

R.Ələkbərov uzun illərdir davam edən müharibədən sonra ölkənin “Taliban”ın rəhbərliyi altında üzləşdiyi çətinliklərə aclıq böhranının da əlavə olunduğunu, 38 milyonluq ölkə əhalisinin təxminən üçdə birinin böhran səviyyəsində ərzaq qıtlığı ilə üzləşdiyini deyib: “Qışın yaxınlaşması və şiddətli quraqlığın davam etməsi şəraitində əhalini qidalandırmaq üçün daha çox vəsaitə ehtiyac var. “Taliban” bu həftə Amerika qüvvələrinin çıxarılması ərəfəsində ölkəyə nəzarəti ələ keçirdi. İndi onlar beynəlxalq yardımlara çox güvənən və hər gün pisləşən iqtisadi böhran şəraitində olan xalqı idarə etməlidirlər”.

BMT-nin bölgədə humanitar yardım missiyasını davam etdirdiyini deyən R.Ələkbərov ən böyük humanitar dəstəyi Əfqanıstanla sərhəd Pakistandan aldıqlarını deyib.

Paylaş »
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »