Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan xalqına qarşı cinayətləri ifşa edən hesabat hazırlanıb
Azərbaycan xalqına qarşı cinayətləri ifşa edən hesabat hazırlanıb

44 günlük Qarabağ müharibəsi zamanı törədilən müharibə cinayətlərə həsr olunmuş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda mülki şəxslərin hədəfə alınması, sentyabr - noyabr 2020” adlı aralıq hesabat ictimaiyyətə təqdim olunub.

Bizimyol.info xəbər verir ki, hazırlanmasında tanınmış beynəlxalq ekspertlərin də iştirak etdiyi aralıq hesabat 3 hissədən ibarətdir. Hesabatda Azərbaycanın müxtəlif şəhərlərində 100 azərbaycanlı mülki şəxsin ölümü ilə nəticələnən qəsdən törədilən hücumlardan bəhs olunur.

Hesabat 9 Bedford Row Team, BM Morrison Partners Team və Azərbaycanın Vəkillər Kollegiyasının son 8 ayda böyük səyləri nəticəsində ərsəyə gəlib.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov bildirib ki, bu hesabat işğalçı Ermənistanın 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri və cinayətləri ifşa edir: “Möhtəşəm beynəlxalq müstəqil hüquq hesabatının hazırlanmasında əməyi keçən hər kəsə sonsuz minnətdarlığımı bildirirəm. Çox xoşbəxtəm ki, ölkəmizin müstəqil peşə birliyi olan Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bu layihəyə dəstək verən yerli təşkilatdır. Vəkillər Kollegiyası olaraq, bu bizim üçün şərəf olmaqla yanaşı, xalqımız və dövlətimiz qarşısında bir borc idi”.

Anar Bağırov vurğulayıb ki, bu layihənin gerçəkləşməsində xüsusi xidməti olanlardan biri də vəkil, beynəlxalq səviyyədə tanınmış hüquqşünas-alim Fərhad Mirzəyevdir. Hesbatı bu LINKdən oxumaq olar.

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »