Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neftin qiyməti ucuzlaşmağa başlayıb
Neftin qiyməti ucuzlaşmağa başlayıb

Dünya neft qiymətləri ucuzlaşmağa başlayıb.

“Report” xəbər verir ki, bunu ticarət sövdələşmələrinin nəticələri göstərir.

Bakı vaxtı ilə saat 17:53-ə olan məlumata görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 1,37% azalaraq 70,65 dollar/barelə düşüb. WTI markalı neftin oktyabr fyuçersləri isə 1,64% dəyər itirərək bir barel üçün 67,42 ABŞ dolları təşkil edib.

Qeyd olunur ki, buna Rusiya Baş nazirinin müavini Aleksandr Novakın açıqlamaları təsir edib. Belə ki, o, OPEC+in dünya neft bazarındakı izafi ehtiyatların öhdəsindən gəldiyini və indi tarazlığı qorumaq, hasilat və tələbatı sinxronlaşdırmağın zəruri olduğunu söyləyib. O, həmçinin qlobal neft bazarının 2022-ci ildə tam bərpa olunacağına ümid etdiyini və bu il tələbatın gündəlik 5,8-6 milyon barel artacağının gözlənildiyini bildirib.

Xatırladaq ki, OPEC+ koronavirus pandemiyası səbəbindən neftə olan tələbatın azalması səbəbindən keçən ilin may ayından bu yana hasilatını gündəlik 9,7 milyon barel azaldıb. Vəziyyət sabitləşdikcə razılaşmaya korrektələr edlib. 2021-ci ilin avqust ayından etibarən isə alyans hər ay hasilatı gündəlik 400 min barel artırır və 2022-ci ilin sentyabr ayının sonuna qədər tədarükü azaltmaq öhdəliklərindən tədricən geri çəkilməyə ümid edir. Bu ilin sentyabr ayı üçün bu, gündəlik 4,96 milyon barel təşkil edir.

Əlavə edək ki, bu gün OPEC+ çərçivəsində bir sıra görüşlər keçirilir və razılaşma iştirakçıları neft hasilatının tədricən artırılması ilə bağlı planların saxlanıb-saxlanılmayacağına qərar verəcək.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »