Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistana yatırımlar etməyimiz barədə iddialar əsassızdır”
“Ermənistana yatırımlar etməyimiz barədə iddialar əsassızdır”

Ermənistan mətbuatında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ermənistana “dolayı yollarla” investisiyalar yatırması barədə məlumatlar yayılıb. Ermənistan iqtisadiyyat naziri Vaan Kerobyanın tezliklə Ermənistanda “yeni keyfiyyət və yeni standartlara malik” yanacaqdoldurma məntəqələrinin açılacağını bildirib.

Onun sözlərinə görə, burda ən azı 60 milyon ABŞ dolları həcmində investisiyalardan söhbət gedir. “Yerevan.today” xəbər saytı bu barədə yazır. “Nazirin sözlərinə görə, investisiyalar Gürcüstandan qoyulacaq. Düzdür, kimdən bəhs etdiyini və bu sərmayələri kimin edəcəklərini açıqlamadı. Bir neçə müəssisəni iflas etmiş bir nazir yaxşı bilməlidir ki, bu qədər pulu Ermənistanda kiçik yanacaq bazarına yatırmaq bu bazarı necə udacaq və inhisara çevriləcəkdir. Ancaq, ən başlıcası, hansı şirkətin bu inhisarı qurmağa çalışmasıdır. Mətbuat bəzi faktları açıqlamağı bacardı. Xüsusilə, müxtəlif vaxtlarda Rusiya, İsveç və Gürcüstan vətəndaşı olan tanınmış iş adamı David Yakobaşvili Ermənistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi yaratmaq planının arxasında durur. Yakobashvili Gürcüstanın "Petrocas Energy Group" şirkətinin rəhbəridir və yük daşımaları ilə məşğuldur. 60 milyon dollarlıq sərmayə vədi Ermənistan benzin və dizel yanacağı bazarını genişləndirmək və tamamilə udmaq cəhdinin planlaşdırıldığı anlamına gəlir”.

Ermənistan nəşrinin iddiasına görə, “Petrocas Energy Group” şirkəti SOCAR-ın Gürcüstandakı əsas tərəfdaşlarından biridir və “çox güman ki, Ermənistana planlaşdırılan investisiyalarda SOCAR-ın da payı var”.

Bu mövzu ilə bağlı Bizimyol.info saytına danışan SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, bu iddialar tamamilə əsassızdır. “SOCAR-ın çox ölkədə çox partnyorları var. Bizim hansısa partnyorumuz üçüncü ölkədə yatırımlar edirsə, bunun bizimlə nə əlaqəsi ola bilər? Sözügedən məsələ ilə SOCAR-ın uzaqdan-yaxından əlaqəsi yoxdur”, - deyə İbrahim Əhmədov qeyd edib.

Onun sözlərinə görə, SOCAR Azərbaycan dövlətinin razılığı olmadan heç bir ölkəyə, heç bir layihəyə pul ayırmır, yatırım eləmir. “Əgər Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələr, dövlətlərarası münasibətlər yoxdursa, bizim ora investistiya yatırmağımız məntiqlə mümkün deyil. Bir şərtlə hansısa ölkəyə investisiya yatıra bilərik ki, ölkələrimiz arasında müəyyən diplomatik-iqtisadi əlaqələr olsun, ölkə rəhbərliyi bu istiqamətdə razılıq versin, - deyə İ.Əhmədov vurğulayıb.

Neft eksperti İlham Şaban da hesab edir ki, sözügedən məlumat dezinformasiyadır: “Bu cür informasiyalar ayrı-ayrı illərdə, müxtəlif KİV-lər tərəfindən tirajlanır, amma sübutu yoxdur. Mən bilmirəm, SOCAR-la “Petrocas” arasında necə müqavilə bağlanıb, şərtləri nədən ibarətdir. Lakin SOCAR-ın Ermənistana neft satması, YDM-lərə yatırımlar etməsi barədə iddialar ciddi səslənmir”.

Xatırladaq ki, oxşar məlumat 2014-cü ildə də tirajlanmışdı, o zaman da SOCAR-ın Gürcüstandakı partnyoru vasitəsilə Ermənistana yatırımlar etməsi ilə bağlı iddialar yayılmışdı və təkzib olunmuşdu.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »