Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Çox güman, erməni hərbçisini öz silahdaşları qətlə yetirib”
“Çox güman, erməni hərbçisini öz silahdaşları qətlə yetirib”

Son vaxtlar Ermənistanın rəsmi və qeyri-rəsmi nümayəndələri Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən atəşkəsin pozulması, meşə yanğınlarının törədilməsi, mal-qara oğurluğu, kənd sakinlərinə qarşı müxtəlif təzyiqlərin edilməsi və digər mövzularda əsassız iddialara söykənən bəyanatlar yayırlar.

Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən APA-ya bildirilib ki, bu gün Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu tərəfindən snayper tüfəngindən açılmış atəş nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə yayılan məlumat da yalandır, təxribat xarakteri daşıyır.

"Bu gün məlumatda göstərilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən heç bir atəş açılmayıb. Bildiririk ki, Ermənistan ordusunda baş verən cinayətlər və qanlı insidentlər orada hökm sürən özbaşınalıq və nizamnamədən kənar münasibətlərin nəticəsidir və bu hadisələrin Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur", - deyə məlumatda qeyd olunub.

Bizimyol.info xatırladır ki, Ermənistan Müdafiə Nazirliyi bu gün Azərbaycan tərəfini Arazdəyən istiqamətində erməni mövqelərini atəşə tutaraq, bir hərbçini öldürməkdə günahlandırıb.

“Azərbaycan sentyabrın 1 -də səhər saatlarında Ermənistanla sərhəddə növbəti təxribatçı hərəkətə keçdi, nəticədə Ermənistan Silahlı qüvvələrinin müqavilə xidmətinin kiçik çavuşu 1982-ci il təvəllüdlü Geqam Levonoviç Saakyan öldürülüb”, - deyə açıqlamada bildirilir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti hadisənin saat 11:10 radələrində baş verdiyini qeyd edib: “Müdafiə Nazirliyi düşmənin hərəkətlərinin cavabsız qalmayacağını xəbərdar edir və yaranmış vəziyyətə görə Azərbaycanın hərbi-siyasi rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayır”.

Bu məsələ ilə bağlı Bizimyol.info saytına danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, son zamanlar Ermənistanda nəsə baş verəndə, hansısa işlər yolunda getməyəndə dərhal Azərbaycanı ittiham edirlər.

Ədalət Verdiyev Ədalət Verdiyev

Ədalət Verdiyev də o fikirdədir ki, kiçik çavuş Saakyanın ölümü Ermənistan ordusu daxilindəki çəkişmələrlə bağlıdır.

“Ermənistan ordusunda nizam-intizamla çatışmazlığı və ciddi psixoloji böhran hökm sürür. Bu böhran hər gün daha da dərinləşir və Karapetyanın “əzmkar” ritorikası bu və digər problemləri aradan qaldırmağa kömək eləmir”, - deyə ekspert qeyd edib.

O, bu günlərdə hərbi hissə yaxınlığında üç əsgər meyitinin tapılmasını da xatırladıb: “O zaman da bəzi Ermənistan KİV-ləri məsələni Azərbaycanın üzərinə yıxmağa çalışdılar. Lakin sonra Ermənistan müdafiə nazirliyi və ombudsman da etiraf etdi ki, bu ölüm hallarının Azərbaycanla əlaqəsi yoxdur. Düşünürəm ki, son hadisə də Ermənistan ordusu daxilindəki çəkişmələrin, silahlı qarşıdurmaların nəticəsidir. Ermənistanın ordu rəhbərliyi bunu birbaşa etiraf etməkdə çətinlik çəkir, ona görə də Azərbaycan tərəfini günahlandırır. Əgər Azərbaycan ordusu əməliyyat keçirmiş olsa, hansısa postu və ya ərazini ələ keçirər, snayperlə bir hərbçini öldürmək Azərbaycan silahlı qüvvələri üçün prioritet deyil”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »