Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə binasında Rövşən Əkbərovun oğlu vəkilə hücum edib
Məhkəmə binasında Rövşən Əkbərovun oğlu vəkilə hücum edib

General-leytenant Rövşən Əkbərovun oğlu Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqova hücum edib.

Bizimyol.info xəbər verirv ki, bu barədə vəkilin özü sosial şəbəkə hesabinda paylaşım edib.

Vəkil Prezidentə, daxili işlər naziri Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə müraciət edib:

"Vəkillərə qarşı zorakılıq cəzasız qaldığından son zamanlar vəkillərə qarşı hədə qorxu gəlmək və zorakılıq artamqdadır.

Artıq vətəndaşlar da cəzasız qalacaqlarına əmin olduqları üçün vəkillərə hücuç edirlər.

Belə ki, bu gün general Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə öldürülmüş Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Əliyev Fədayın hüquqlarını müdafiə edirəm.

Məhkəmə prosesində Rövşən Əkbərovun əməlinin ifşa olunması üçün faəliyyət göstərdiyimə görə məhkəmə iclaslndan çıxarkən Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində pilləkanın qarşısında Rövşən Əkbərovun oğlu (mətbuatdan öyrəndim ki, adı Telmandır) mənə hücum etdi. Onun qarşısını digər şəxslər aldı.

Bununla bağlı məhkəmənin kamera yazısından başqa məndə də sübut vardır.

Xahiş edirəm ki, general Rövşən Əkbərovun oğlunun bu gün Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində mənə hücum etməsi faktını xüsusi nəzarətə götürərək, Rövşən Əkbərovun oğlunun məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz", - deyə müraciətdə bildirilir.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »