Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistanın bir yolu qalacaq: özünü təcrid etmək”
“Ermənistanın bir yolu qalacaq: özünü təcrid etmək”

“Türkiyə ilə mübadilə edilən "pozitiv siqnallar" respublika hakimiyyətinin bizi özünə çəkməyə çalışdığı Ermənistan üçün yeni bir tələdir”.

Bizimyol.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə “Şərəfim var” " blokunun deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“Birincisi, Türkiyənin bizə irəli sürdüyü ərazi bütövlüyünün tanınması məsələsi də daxil olmaqla Türkiyənin ön şərtləri gündəmdə qalmağa davam edir. İkincisi, tələblərdən biri də erməni soyqırımının beynəlxalq səviyyədə tanınması prosesinin irəliləməsindən imtina etməkdir. Eyni zamanda, xüsusilə bölgəmizdə Türkiyə ilə Azərbaycanın xarici, hərbi, iqtisadi, informasiya siyasətini uyğunlaşdırdığını və bu dövlətlərin əvvəlcədən razılaşdırılmış rol bölgüsü ilə ortaya çıxdığını anlamalıyıq. Bir sözlə, Azərbaycan sərhəd təxribatları siyasəti mövqeyindən çıxış edərsə, bu, təkcə Türkiyə ilə razılaşdırılmır, Bakı həm də bu ölkənin dəstəyini alır. Belə olan halda Ermənistan-Türkiyə münasibətlərinin mümkün həllindən və ya alınan müsbət siqnallardan danışmaq tamamilə məntiqsizdir ”.

“Şərəfim var” blokunun parlament fraksiyasının rəhbəri Artur Vanesyan isə gənclərlə görüşündə bildirib ki, türklər və azərbaycanlılar Ermənistan xalqını yer üzündən silməyə çalışır, ona görə də, türkləri ölkəyə buraxmaq olmaz.

Rüfət Quliyev Rüfət Quliyev

Erməni deputatların bu və digər açıqlamalarını şərh edən iqtisadi elmlər doktoru, Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması Ermənistanın həm siyasi, həm də iqtisadi maraqlarına cavab verir: “Lakin Ermənistanın siyasi dairələri ya bunu başa düşmürlər, ya da məqsədli şəkildə ictimaiyyəti aldatmağa çalışırlar. Ermənistan özünün düşdüyü “dalan”dan çıxması, iqtisadi rifah əldə etməsi və regiondakı iqtisadi proseslərdə iştirak etməsi üçün, qonşularına qarşı ərazi iddialarından əl çəkməli və nifrət saçmağı dayandırmalıdır”.

Deputat qeyd edib ki, Türkiyə tərəfi illərdir Ermənistana 1915-ci il hadisələri ilə bağlı birgə komissiya yaratmağı təklif edir: “Ermənistan tərəfi isə təklifi rədd edir, lakin təzminat tələb etməyə davam edir. Görünür ki, məqsəd Türkiyədən təzminat qoparmaqdır, haqq-ədaləti bərpa etmək yox”.

R.Quliyevin sözlərinə görə, Türkiyə həmişə Azərbaycanın ərazi bütövlüyünü və haqlı mövqeyini dəstəkləyib: “Burda utanmalı və ya gizlətməli, xüsusi məna axtarmalı bir şey yoxdur. Sərhədlərin açılması məsələsində də Türkiyənin mövqeyi o olub ki, ilk növbədə Qarabağ işğaldan azad edilməlidir. Nə Türkiyənin, nə də Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları, ermənilərə qarşı etnik təmizləmə niyyəti yoxdur. Erdoğanın son çağırışları onunla izah oluna bilər ki, artıq region xalqları fitnələrdən, etnik qarşıdurmalardan yorulub. İnsanlara sülh, sabitlik və inkişaf lazımdır. Bu yeni səhifənin açılmasında ya Ermənistan da iştirak edəcək, ya da 30 il olduğu kimi proseslərdən kənarda qalacaq”.

Milli Məclisin deputatı vurğulayıb ki, Ermənistan sülh danışıqlarına və Zəngəzur dəhlizi məsələsinə neqativ yanaşmağa davam edəcəksə, rəsmi İrəvanın ancaq bir yolu qalacaq: “Ermənistan hakimiyyəti özünü regiondakı siyasi-iqtisadi proseslərdən təcrid etməli, hər gün daha çox zəifləyən bir iqtisadiyyatla baş-başa qalmalıdır”.

Siyasi analitik Gülsel Səfərova Bizimyol.info saytına bildirib ki, Abramyan və Vanetsyan növbəti dəfə şovinizmi siyasi mövqe kimi ictimaiyyətə “sırımağa” çalışıblar.

Gülsel Səfərova Gülsel Səfərova

“Bu və digər şovinist siyasətçilər daim erməni xalqının necə yazıq olduğunu, Türkiyə və Azərbaycanın erməni xalqına düşmən kəsildiyinit təkrarlayaraq, siyasi karyera qurmağa çalışırlar. Lakin həqiqətən də Ermənistan xalqının gələcəyini, rifahını istəyən qüvvələr şovinizm və qonşu xalqlara düşmənçilik təbliğ etməz, əksinə, ölkənin düşdüyü vəziyyətdən çıxış yolları axtarar”, - deyə siyasi analitik qeyd edib.

Onun sözlərinə görə, 44 günlük müharibə zamanı erməni siyasətçilər ünyanı inandırmağa çalışırdı ki, ermənilərə qarşı döyüşən Türkiyə ordusu və “suriyadan gələn muzdlular” olub.

“Hazırda isə iddia edirlər ki, guya sərhədlərdə baş verən silahlı toqquşmalar Türkiyənin sifarişi ilə baş verir. Məsələ ondadır ki, Türkiyənin Azərbaycanı tək qoymaması, bölgədəki siyasi proseslərə rəsmi Ankaranın fəal aktor olaraq qatılması müəyyən xarici qüvvələri narahat edir. Və onlar da bu cür şovinistlərin vasitəsilə Türkiyəni regiondakı proseslərdən uzaqlaşdıracaqlarını ümid edirlər. Türkiyə və Azərbaycan hazırda Ermənistana əl uzadır ki, daha savaşmaq bəsdir, xalqların gələcəyi barədə düşünmək lazımdır. Ermənistanın siyasi dairələri isə növbəti dəfə “əzabkeş” siması alaraq, onlara qarşı tələ qurulduğunu iddia edir. 30 il ərzində Azərbaycan torpaqlarını xarabalığa çevirən, minlərlə insanı qətl edən, azərbaycanlılara qarşı etnik təmizləmə aparan Ermənistan tərəfinin məhz etnik təmizləmədən şikayət etməsi çox gülüncdür”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »