Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sülhməramlılar indi də “Bilik günü”nün təşkili ilə məşğuldurlar
Sülhməramlılar indi də “Bilik günü”nün təşkili ilə məşğuldurlar

Ermənistan mətbuatında 1 sentyabr münasibətilə məqalə dərc olunub. Məqalədə öz missiyasını müxtəlif sahələrdə həyata keçirən rus sülhməramlıların indi də Bilik gününə “ əl buladığı” qeyd edilir.

“Rus sülhməramlılar 1 sentyabrda Qarabağda nəzarət etdikləri ərazilərdə məktəblilərin təhlükəsizliyini təmin ediblər. Bu sətirlər Rusiya Müdafiə Nazirliyinin məlumatında yer alıb.Məlumatda bildirilir ki, sülhməramlılar Bilik günündə şagird və müəllimlərin, yerli sakinlərin təhlükəsizliyini təmin ediblər.Bunun üçün 100-dən çox hərbiçi bilik günündə fəaliyyətə cəlb edilib.

27 nəzarət postunda rus sülhməramlılar sutkalıq keşik çəkiblər.Qarabağda məsuliyyət zonasında sülhməramlılar həm də avtomobillərin təhlükəsiz hərəkətini təmin edirlər,5 marşrut xəttində patrul xidməti aparılır”,- deyə xəbərdə bildirilir. Lakin sülhməramlıların kimi kimdən qoruması haqqında bir sətir də yazılmır. Bu günə qədər bütün təxribatları özləri törədən Ermənistan tərəfi Azərbaycan tərəfindən atılmış bütün humanist addımlara baxmayaraq, məktəblilərə qarşı tərəfimizdənb vəhşilik ediləcəyindənmi qorxur? Təbii ki, hər kəs dünyaya öz ürəyinin pəncərəsindən baxır, oğru hər kəsi oğru hesab edir.

Bundan öncə rus sülhməramlılar ərazidə yaşayan ermənilərə su daşımaları, hamilə qadının doğuşuna yardım etmələri, azyaşlı uşaqlara silahla davranmağı öyrətmələri ilə gündəmə gəlmişdilər. Rusların orda kimi kimdən qoruması, ümumiyyətlə qoruma yoxsa araqarışdırma fəaliyyətində olması məsələsi sual doğurur. Hər halda bizə cavab bəllidir.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »