Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydendən gözlənilməz açıqlama: ABŞ-ın başqa ölkələri dəyişmək erası başa çatdı
Baydendən gözlənilməz açıqlama: ABŞ-ın başqa ölkələri dəyişmək erası başa çatdı

ABŞ prezidenti Co Bayden bildirib ki, federal hökumət Əfqanıstanı tərk etmək istəyən ABŞ vətəndaşlarına diqqətlə yanaşacaq. O bildirib ki, amerikan qoşunları çıxdıqdan sonra 200 amerikalı hələ də Kabildə qalmaqdadır.

“Əfqanıstanı tərk etmək istəyən amerikalıların 90 faizi tərk edib.Qalanlar üçün müddət qoyulmayıb. Onları gətirmək üçün çalışacağıq”.

Onun sözlərinə görə, bu günə qədər 5500 amerikalı Əfqanıstandan çıxarılıb.

“Əfqanlara gəlincə, biz və bizim tərəfdaşlarımız 100000 insanı hava yolları ilə xilas etdik. Tarixdə heç bir ölkə başqa ölkənin insanları üçün bunu etməyib.Yenə kömək edəcəyik. Bununla belə ABŞ-ın başqa ölkələr üçün yeni ölkə yaratmaq erası başa çatıb.Əfqanıstan barədə qərarımız yalnız Əfqanıstanı əhatə etmir. Bu başqa ölkələrin də quruluşlarını dəyişmək dövrünün bitməsi deməkdir”,- deyə bayden NBC telekanılı ilə əhaliyə müraciətində bildirib.

ABŞ prezidenti qeyd edib ki, Amerika Çin və Rusiyaya qarşı yeni çağırışlara hazır olmalıdır.

“Dünya dəyişir.Biz Çinlə ciddi rəqabətdəyik Rusiya ilə bir çox cəbhələrdə toqquşuruq, kibertəhlükələr və nüvə silahlarının yayılıması problemi ilə üz- üzəyik. Terrorizm təhlükəsi əvvəlki kimi qalmaqdadır və hətta daha çox yayılıb. Bizim strategiyamız da dəyişməlidir.Mən hesab etmirəm ki, Amerikanın təhlükəsizliyi minlərlə ameriaklı əsgərin Əfqanıstanda yerləşməsi və milyonlar xərcləməklə təmin edilsin.Əfqanıstanda müharibə bitib. Bu savaş çoxdan bitməliydi.Mən amerikalı gənclərin oraya nə üçün göndərilməsi sualı ilə qarşılaşan 4-cü prezidentəm. Mən bu müharibəni əbədi davam etdirmək niyyətində deyildim”.

İlhamə, Bizimyol.info

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
Son xəbərlər
Bütün xəbərlər »