Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Baydeni xilas edən Məhəmmədi Əfqanıstanda unudub
ABŞ Baydeni xilas edən Məhəmmədi Əfqanıstanda unudub

ABŞ 2008-ci ildə qar fırtınası zamanı helikopteri Əfqanıstan vadisinə enmək məcburiyyətində qalan ABŞ senatorları Co Bayden, Con Kerri və Çak Heyqelin xilas olunmasında köməklik göstərən tərcüməçi Məhəmmədi Əfqanıstandan çıxarmayıb. Bu barədə “Wall Street Journal” qəzeti yazıb.

Qəzetin yazdığına görə, 2008-ci ildə ekipaj kömək üçün həyəcan siqnalı verib. 82-ci ABŞ Hava-Desant Diviziyasının sürətli reaksiya qüvvəsi ilə birlikdə senatorları xilas etməyə Məhəmməd də gedib.

“Salam, cənab prezident. Məni və ailəmi xilas edin. Məni burada buraxmayın”, - deyə qəzet Məhəmmədin ABŞ prezidenti Co Baydenə müraciətindən sitat gətirib.

Qəzetin yazdığına görə, Məhəmməd dörd uşağı ilə birgə “Taliban”dan gizlənir və onun Əfqanıstandan çıxmaq üçün uzun illər göstərdiyi cəhdlər bürokratik əngəllər səbəbindən uğursuz alınıb. Nəşr yazır ki, Kabil “Taliban” tərəfindən ələ keçirildikdən sonra Məhəmməd Kabil hava limanının qapılarına gedib, ancaq ABŞ ordusu onu həyat yoldaşı və uşaqları olmadan, tək halda təxliyə etməyə razılıq verib.(virtualaz.org)

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »