Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Serblərin Azərbaycana xəyanətinin gürcü qurbanı
Serblərin Azərbaycana xəyanətinin gürcü qurbanı

"Xatırlayırsınızsa, Tovuz döyüşlərində istifadə olunan silahların Gürcüstan üzərindən daşınması iddiası gündəmdə idi. Gürcüstan hökuməti rəsmi şəkildə bunu təkzib etsə də təkzibin gecikməsi və aşağı ranqlı məmurların dilindən deyilməsi şübhələri artırırdı".

Bu məlumatı siyasi şərhçi Turab Rzayev sosial şəbəkə hesabında paylaşıb.

"Məhz onda ARB 24-də canlı yayımda da bildirmişdim ki, Rusiya Serb silahını Ermənistana ancaq 3 yolla ötürə bilər. Gürcüstan ali dövlət rəhbərliyinin birbaşa iştirakı ilə, çox gizli kamuflyaj olunmuş Gürcüstandan da gizlətməklə və Gürcüstan hakimiyyətindəki yüksək rütbəli adamları-məmurlar vasitəsi ilə. Birinci variant istisna olunurdu, çünki bu halda həm mövcud hakimiyyət risk altına düşür, həm də çox güclü və anti-Rusiya mövqeyi olan müxalifət iqtidara bu halda göz açmağa imkan verməzdi. 2-ci variant da istisnadır, çünki Gürcüstan sərhədi ABŞ və NATO-nun təchiz etdiyi modern avadanlıqlarla təchiz olunub, ordan maşın kolonnalarına sığacaq qədər silah-sursat heç kəsin xəbəri olmadan, gizli keçirmək həm mümkün deyil, həm də ki, çox böyük siyasi riskdir. Geriyə qalır gürcü hakimiyyətində təmsil olunan yüksək rütbəli Rusiyaya xidmət edən və ya bağlı məmurlar. Birinci və üçüncü halın hansısa şəkildə kombinasiyası da istisna olunmur.

İndi isə bəlli olur ki, bu sirri Gürcüstanda Soğanlıq (Qvemo Poniçala) sakini olan gənc və gözəl gürcü qızımız açıbmış. Və bu sirri açmağın cəzasını öz zərif bədəni ilə ödəyib. O Tovuz döyüşlərinin növbəti şəhididir. Allah rəhmət eləsin.

Gürcüstan ictimaiyyəti və mediası, ümumi ölkə gündəmi bu xəbərlə çalxalanır. Qızın anası təhqiqata FTH (FBI)-nin də cəlb olunmasını, Azərbaycan və Türkiyə hökümətlərinin bu gənc qızı sahibsiz qoymamasını, qanının yerdə qalmasını, meyidini ortada buraxmamasını istəyir. Bizə düşən aktiv şəkildə bu cinayət araşdırmasına daxil olmaq, istintaqın gedişində, Gürcüstan Azərbaycan qardaşlığına, dostluğuna mane olan, Tovuz şəhidlərimizin qanında əli olan o 3 satqın məmurun ictimaiyyətə təqdim olunmasında və cəzalandırılmasında rol almaqdır. Bu işdə bizim tərəfdən həm Gürcüstan ictimaiyyəti ilə, həm də Türkiyə xüsusi xidmət orqanları və FBI ilə əməkdaşlıq edilməlidir. Bu cinayət örtülməməlidir. Nə Tovuz şəhidlərimizin, nə də bu gənc gürcü qızımızın qanı yerdə qalmamalıdır. Əgər bu gənc qızımızın həqiqətən də bu cinayətin açılmasında misilsiz xidməti olubsa ölümündən sonra O, "Dostluq" ordeni və ya digər uyğun orden - medalla təltif edilməli, istintaqın bütün hüquqi xərcləri, yas mərasimi xərcləri və ailəsi himayəyə götürülməli, adına Tovuzda küçə verilməlidir.

Gürcüstanın vəzifəli şəxslərinin Rusiyadan gələn silahların Gürcüstan ərazisindən daşındığını təmin etməsi barədə sənəd və peyk görüntülərini yayımlayan gürcü xaker və proqramçı Tamar Baçeliaşvili maşınında ölü tapılıb.

Avtomobilində ölü tapılan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin ailə üzvləri Tbilisidə Baş Prokurorluğun binası qarşısında aksiya keçiriblər.

NewsBureau xəbər verir ki, qızın anası Teona Tamazaşvili peyk şəkillərinin dərc olunması və sui-qəsd dərəcəsinə çatdırma maddəsinin qəsdən adam öldürmə maddəsi ilə əvəzlənməsini tələb edib.

Aksiyada plakatların birində “Üç yüksək vəzifəli məmur Qarabağ müharibəsi üçün Azərbaycana qarşı silahla təminat həyata keçirib” sözləri yazılıb.

T.Tamazaşvili Azərbaycan və Türkiyə hökumətlərini qızının ölüm faktı ilə maraqlanmağa çağırıb:

“Gürcüstan hökuməti üç yüksək vəzifəli məmurdan fayllar tələb etməlidir. Qızım təsadüfən onları açıb və silahla təminat sxemini deşifrə edib”.

Aksiyaçılar bildiriblər ki, tələb etdikləri sübutlar təqdim olunmasa, etirazlar siyasi forma alacaq.

T.Tamazaşvili aksiyaların davam etdiriləcəyini qeyd edib.

Xatırladaq ki, Kvemo Poniçala (Soğanlıq) sakini olan T. Baçaliaşvilinin meyiti ona məxsus “Hyundai” markalı avtomobildə iyulun 23-də Ağbulaq (Tetritskaro) meşəsində aşkar olunub", - deyə müəllif qeyd edir.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »