Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstan səfiri: "Taliban" müxtəlif təşkilatlardan olan terrorçu qruplaşmasıdır"

“Taliban” hərəkatı beynəlxalq terror təşkilatlarının üzvlərindən ibarət çoxyönümlü bir qrupdur.

Bunu Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zohir Ağbar “RİA Novosti”yə müsahibəsində bildirib.

“Taliban” hazırda bir qrup deyil, onlar çoxyönümlüdürlər. 25 il əvvəl tək bir qrup idilər, indi isə onların arasında adları qadağan olunmuş beynəlxalq təşkilatların siyahısında olan beynəlxalq terror təşkilatlarının üzvləri var”, - deyə diplomat qeyd edib.

“Onlar bəyan edirlər ki, sülh üçün gəliblər, ancaq beynəlxalq ictimaiyyət tərəfindən məcbur edilməyənə qədər sülh danışıqlarına razı olmayacaqlar. Onlar nasistlərdir, yalnız puştun hökuməti istəyirlər. 25 il əvvəl insanları dəyənəklə cəzalandırırdılar, indi isə avtomatla güllələyirlər”, - deyə səfir əlavə edib.(apa)

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
››› DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib
Son xəbərlər
Bütün xəbərlər »