Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşüb
Ceyhun Bayramov Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşüb

31 avqust 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Samr Şahın ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in Mətbuat Xidməti idarəsindən APA-ya verilən məlumata görə, Azərbaycanın Britaniya Şurası ilə əməkdaşlığa əhəmiyyət verdiyini qeyd edən nazir Ceyhun Bayramov, 28 ildir ki, ölkəmizdə fəaliyyət göstərən Britaniya Şurasının təhsil və mədəniyyət sahələrində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

Nazir Ceyhun Bayramov Azərbaycan üçün tarixi bir mərhələdə ölkəmizdə fəaliyyət göstərən Samr Şaha gələcək işlərində uğurlar arzulayıb, habelə Britaniya Şurasının ölkəmiz üzrə Nümayəndəliyinin yeni rəhbəri ilə də faydalı və məhsuldar əməkdaşlığın həyata keçiriləcəyinə inam ifadə edib.

Samr Şah Azərbaycanda çalışdığı müddətdə Şuranın əməkdaşları ilə birgə görülmüş işlərdən məmnunluqla danışıb, bu xüsusda xoş xatirələri ilə bölüşüb.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »