Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan Minsk qrupu formatına qayıtmamalıdır”
“Azərbaycan Minsk qrupu formatına qayıtmamalıdır”

“Hazırda Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlar aparılmır”.

Bizimyol.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.

Ermənistanın xarici işlər naziri Azərbaycanın ərazi bütövlüyünün tanınmasının mümkünlüyü ilə bağlı suala əslində birbaşa cavab verməyib.

"Azərbaycan səlahiyyətlərinin yerinə keçən ilin noyabrın 9-da və yanvarın 11 -də üçtərəfli bəyanatlar çərçivəsində əldə edilmiş razılaşmaların icrasına diqqət yetirərdim. Bu mərhələdə sülh müqaviləsi üzərində heç bir danışıqlar aparılmır. Başlasalar, bəziləri ATƏT MQ həmsədrlərinin müəyyən etdiyi prinsiplər əsasında mütləq Dağlıq Qarabağın statusu ilə bağlı olmalıdırlar",– deyə Mirzoyan bildirib.

Eyni suala, Rusiya xarici işlər nazirliyinin rəhbəri sualın onun üçün olmadığını və buna görə də mahiyyətini şərh etməkdən çəkinəcəyini qeyd etdi. Eyni zamanda, Rusiyanın fikir ayrılıqlarının həllinə və qarşılıqlı anlaşmanın tapılmasına kömək edəcək hər hansı bir addımı alqışlayacağını vurğulayıb.

Bizimyol.info saytına danışan siyasi şərhçi, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Mirzoyanın qeyd etdiyi sənədlərin heç birində status məsələsi yer almır.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“Əslində isə Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirib, sadəcə Ermənistan tərəfi öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Azərbaycan hərbi əməliyyatları dayandırdı, sülhməramlıları bölgəyə buraxdı və Laçın dəhlizinə şərait yaratdı. Amma status məsələsi isə, Cənab Prezidentin də dəfələrlə dediyi kimi, daha mümkün deyil. Qarabağda ermənilərə veriləcək ən yüksək status Azərbaycan vətəndaşlığıdır. Onlar Azərbaycandan bundan yüksək status gözləyə bilməzlər”, - deyə sabiq nazir vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın məqsədi sadəcə daha 30 il vaxt qazanmaqdır: “ATƏT-in Minsk qrupu bu 30 il ərzində heç bir irəliləyişə nail ola bilmədi. Ermənistan tərəfi ümid edir ki, Minsk qrupunu gündəmə gətirməklə, daha 30 il vaxt qazana biləcəklər”.

T.Zülfüqarov heç Rusiyanın da Minsk qrupu formatında maraqlı olmadığını bildirib.

“Rusiyaya hazırkı vəziyyət sərf edir. Regionda Türkiyə-Rusiya tandemi yaranıb və bir sıra məsələləri Putinlə Ərdoğan öz aralarında həll edə bilirlər. Lakin Minsk qrupu formatına qayıtmaq – ABŞ və Fransanın da regiondakı proseslərə qayıtması deməkdir. Ona görə də, fikrimcə belə bir format heç Moskvanın da maraqlarına uyğun deyil”, - deyə diplomat qeyd edib.

O, Ermənistanın gec-tez delimitasiya və demarkasiya işlərinə qayıtmalı olacağını, sülhməramlıların isə zamanı çatanda gedəcəklərini bildirib: “Rusiya öz xoşu ilə getməyəcək. Amma Azərbaycan da öz tələbkarlığına davam etməlidir. Düşünürəm ki, Azərbaycan Minsk qrupu formatına qayıtmamalıdır və qayıtmayacaq. Azərbaycan öz diplomatik rıçaqlarını işə salmaqla, Rusiya-Türkiyə tandemi vasitəsilə bir sıra vacib məsələlərin həllinə nail ola bilər”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »