Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alim Qasımovun kürəkəni döyüldüyünü deyir
Alim Qasımovun kürəkəni döyüldüyünü deyir

Xalq artisti Alim Qasımovun evindən oğurluq etməkdə ittiham olunan kürəkəni Elnur Mövlanov avqustun 31-də hakim qarşısına çıxıb. Qızıl-zinət əşyaları aparmaqda təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində saxlanılarkən polislərin onu döyməsindən şikayətlənib.

Bizimyol.info xəbər verir ki, Elnur Mövlanov, hətta tutulduğu yerlə bağlı da cinayət işinin materiallarında həqiqətin yazılmadığını iddia edib. O bildirib ki, əslində, Nərimanov rayon Polis İdarəsinin16-cı polis bölməsinin ərazisində tutulub. Amma rəsmiləşmədə tamamilə başqa ərazi göstərilib.

Elnur Mövlanovun işi üzrə məhkəmədə Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşı Rüstəm Quliyev şahid kimi dindirilib. O bildirib ki, Elnur Mövlanov axtarışda idi, əməliyyat-axtarış tədbirləri nəticəsində onun yerini müəyyənləşdirib həbs ediblər.

“Siz 21-ci bölmənin əməkdaşısınız. Məni 16-cı bölmənin ərazisində saxlamısınız...”,- Elnur Mövlanov şahidin dediklərinə etirazın edib.

Alim Qasımovun kürəkəni saxlanılarkən döyüldüyünü də vurğulayıb. Onun sözlərinə görə, işgəncəyə məruz qalıb, başının qanı saxlandığı yerə tökülüb. Təqsirləndirilən şəxs məhkəmədən kamera görüntülərinə baxış keçirilməsini xahiş edib. Elnur Mövlanov bu halda həqiqətin üzə çıxacağını deyib.

21-ci polis bölməsinin əməkdaşı Elnur Mövlanovu saxlayanda onun üzərində xəsarət əlamətlərini olduğunu təsdiqləyib. Rüstəm Quliyev bunun təqsirləndirilən şəxsin tutulmasına qədər baş verdiyini bildirib: “Özündən də soruşdum ki, sənə nə olub? Danışdı ki, tutulmamışdan 3-4 gün əvvəl qumar oynayıblar, mübahisə düşüb. Mübahisə elədiyi adam külqabını onun başına vurub. Elnur bunları deyəndə çəkmişəm, məndə görüntülər var”.

Elnur Mövlanov polis əməkdaşının yalan danışdığını deyib.

Dindirmə zamanı oğurlanan qızıl-zinət əşyaları və pulu İsmayıllıda gizlədildiyi məlum olub. Bir müddət sonra qızılları Bakıya gətirib, bir hissəsini narkotik alverçisinə satıb.

1979-cu il təvəllüdlü Elnur Mövlamov Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) və 180.2.4 (insanların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq) maddələrilə ittiham olunur. Onun ittiham olunduğu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Bu cinayət işində Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyev zərərçəkmiş qismində tanınıb.

Elnur Mövlanovun Əmkdar artist Fərqanə Qasımova ilə evliliyindən 4 övladı var. Onlar xeyli vaxtdır ki, ayrı yaşayırlar.

Fərqanə Qasımova və Elnur Mövlanov Fərqanə Qasımova və Elnur Mövlanov

“Həyat yoldaşımla tanış olarkən hər ikimiz çox gənc idik. Valideynlərimizin xeyir-duası ilə evləndik. Allah bizə dörd gözəl bala nəsib etdi. Böyük ailə böyük məsuliyyətdir. Çox heyf ki, hər şey arzuladığımız kimi olmur. Elnur geri dönüşü olmayan bir yolu tutdu. Nə qədər çalışsaq da, onu xilas edə bilmədik. Çünki bəzi məqamlarda seçim insanın öz öhdəsinə qalır. Mən və övladlarım bu ağır imtahandan da imanımız, ədəbimizlə çıxacağıq. Bu, hər kəsin başına gələ bilər, yaxşı olar, kimsə başqasına rişxənd etməsin...”, - Fərqanə Qasımova “Instagram” hesabında həyat yoldaşının həbsi barədə xəbərlərə münasibət bildirərək yazıb.

Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »